Tabloid.az
Bunları bilən qadınlar dadlı şirniyyat hazırlayırlar
Mətbəxdə bacarıqlı olmaq üçün illərlə təcrübə qazanmaq lazımdır. Amma bəzi məsləhət və tövsiyələri bildikdən sonra hər bir qadın mətbəxdə xariqələr yarada bilər. Məsələn, yaxşı qabarmış, ləziz, xoş ətirli keks bişirmək isə heç də çətin deyil! Sadəcə keks hazırlayarkən aşağıdakıları nəzərə almalısınız:
Keks hazırlayarkən istifadə edəcəyiniz vəsaitin otaq istiliyində
olmasına diqqət yetirin.
Keks üçün əvvəl yumurtaları çırpıb, şəkəri əlavə edin və birlikdə
yenidən çırpın. Daha sonra duru yağ, süd kimi maye vəsaitləri, ən
son da unu əlavə edin.
Reseptinizdə otaq istiliyində kərə yağı ya da marqarin istifadə
edilirsə, əvvəl kərə yağı ya da marqarini şəkərlə çırpın. Sonra
üzərinə yumurta və digər vəsaitləri əlavə edin.
Keks hazırlayarkən karbonat yerinə qabartma tozunu seçin.
Keksinizi mikserlə çırpacaqsınızsa qarışdırma əməliyyatına aşağı
tempdə başlayıb daha sonra yüksək tempə davam edin. Tərkibə un
əlavə etdikdən sonra isə mikserin aşağı dövrünü istifadə edin.
Keksinizə əlavə edəcəyiniz unda topalar qalmaması üçün ələyərək
tərkibə qatın.
Qabartma tozunu da unla birlikdə ələsəniz tərkiblə bərabər olaraq
dağılar və keksiniz daha yaxşı qabarar.
Keksinizə meyvə əlavə edəcəksinizsə, meyvə parçalarının dibə
çökməsini önləmək üçün kəsdikdən sonra üzərlərinə un səpin.
Keks hazırlyarkən meyvə, fındıq, qoz kimi vəsaitlər istifadə
edəcəksinizsə xəmirin 1/3-nü ayırın. Qalan xəmirə bu vəsaiti əlavə
edib qarışdırın. Qəlibə əvvəl ayırdığınız sadə xəmiri, daha sonra
vəsaitli olanı tökün. Bu şəkildə hazırladığınız vəsaitlərin dibə
çökməsini önləmiş olarsınız.
Keksin qəlibdən asan çıxması üçün qəlibi əvvəl yağlayın, sonra
unlayın və üzərinə xəmiri tökün. Qəlibə tökdüyünüz xəmiri
gözlətmədən sobaya qoyun.
Keks bişirərkən sobanı əvvəldən istilədin. 180- 200 dərəcə, keks
bişirmək üçün idealdır.
Bişmə əsnasında sobanın qapağını tez-tez açıb bağlamayın.
Bişib bişmədiyini anlamaq üçün keksin orta qisiminə bir diş çöpü ya
da bıçaq batırın. Xəmir bulaşmadan təmiz olaraq çıxırsa keksiniz
bişmişdir.
Keksi sobadan çıxardıqdan sonra qəlibin içində soyudun. Qəlibdən
çıxarmaq üçün silkələyin, əgər bu şəkildə çıxmırsa bir bıçaqın
ucunu qəlibin kənarlarına gəzdirərək qəlibdən ayırın.
Piroq hazırlayarkən isə aşağıdakı ipuclarına diqqət yetirməyiniz vacibdir:
Yumurtanı bir-bir ayrıca qaba sındırıb, təzəliyini yoxlayandan
sonra xəmirə qatmaq məsləhətdir.
Yumurta ağını əvvəlcədən çalmaq məsləhət deyil.
Kərə yağını və marqarini işıq keçirməyən tünd qabda saxlamaq
lazımdır ki, xarab olmasın.
Yağı tez çalmaq üçün onu xırda-xırda doğrayıb, emallı çuxura qoyun.
Qabı isə qaynar suyun içərisində bir qədər – yağ yumşalana kimi
saxlayın və soyuq yerə qoyub, çalın.
Qoz ləpəsini torta və piroqa qatmazdan əvvəl sobada bir qədər
qovurun, onda qoz ətirli olur.
Sobada bişirilən xəmir məmulatının altı yanmasın deyə, forma
qoyulan dəmir qənnadı vərəqinə bir qədər duz səpmək lazımdır.
Piroq uzun müddət təzə qalsın, qurumasın deyə, onu dəsmala büküb,
gil qabda saxlamaq lazımdır.
Əgər piroq formadan çətin çıxırsa, formanın alt hissəsini bir neçə
saniyə soyuq suda saxlayın.
Tort üçün istifadə olunan şirəni qırmızı rəngə boyamaq üçün
çuğundur, sarı rəngə boyamaq üçün portağal şirəsindən istifadə
etmək olar.
Tortun üstünə şirə çəkməzdən əvvəl bıçağı qaynayan suya salıb,
sonra şirəni yaymaq lazımdır.
-
İdman18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş
-
Sosial17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı
-
Dünya16:10
Məşhur türk astroloq 2 həftə əvvəl görün nəyə işarə edib: bu ölkənin adını açıqlayıb - FOTO
-
Yaxın Şərq15:57
İsrail bu telekanalın maşınını vurdu: 5 jurnalist öldü
-
Hadisə14:42
Qəzada öldüyü deyilən azərbaycanlı sağ tapıldı - VİDEO
-
Nida Xəbər 14:15
İran prezidenti İlham Əliyevə zəng etdi
-
Dünya13:39
Vanqa və Nostradamusun 2025-ci il üçün kəhanətləri: Xəstəlik, müharibə, təbii fəlakət...