Tabloid.az
İspaniyanın ən ehtiraslı cütlüyü - Fotolar
50 ildən sonra sizə “Şakira haqqında nə eşitmisən?” sualını versələr, cavabların 90 faizi eyni olacaq. Onun rəqsi və ifası qüsursuzdur... Bu gün 37 yaşı tamam olan Şakiranın ən gözəl hədiyyəsini Tanrı bir neçə gün öncə ona bəxş etdi. Belə ki, cazibədar ulduz ikinci oğlunu dünyaya gətirdi. Yeri gəlmişkən qeyd edim ki, bu gün Şakiranın yaraşıqlı sevgilisi və uşaqlarının atasının da doğum günüdür.
Ulduzun doğum günü münasibəti ilə onun həyatı, yaradıcılığı və gözəllik sirlləri haqqında marıqlı məqamları təqdim edirik:
Ərəb dilindən adının tərcüməsi mərhəmətli qadın deməkdir. O, çox
seksual və gözəl anadır. Bilirəm, indi deyəcəksiniz ki, bütün
qadınları belə tərifləyirsən. Amma kişilərin ona olan vurğunluğunu
nəzərə alsaq, heç də haqsız deyiləm. Yəni, bu məsələdə kişilərin
fikri daha önəmli sayılır, nəyin ki, biz qadınların...
Şakira 1977-ci ildə fevralın 2-də Kolumbiyada dünyaya gəlib. Atası
livanlı, anası isə italyan, ispan əsillidir. Uşaqlığı kitabların və
latın Amerika ritmlərinin arasında keçib. 4 yaşında tam hazır olsa
da, qaydalar onu məktəbə yazılmağa icazə vermir. 5 yaşından şeirlər
yazmağa başlayır. Validenyləri qızcığazın ya şair, ya da rəssam,
müəlliməsi isə balerina olacağını düşünür. Şakira isə müğəniliyi
seçir. İlk bəstəsini də atasına həsr edir. Amma nə ilk albomu, nə
də ikinci albomu ona uğur gətirmir. Səsyazma studiyası ona 3-cü və
sonuncu şansı verir. Məhz bu albomla Şakira Amerikada tanınmağa
başlayır. Artıq 2001-ci ildə Şakira “Laundry Service” albomunu
çıxarır. Hansı ki, qasırğa kimi şou-biznesin ilk cərgələrinə daxil
olur, gur səsi ilə səhnəni fəth edir.
Məktəb dostlarının çoxu səsinin heyvan səsinə bənzədiyini deyib,
Şakiranı ağladardılar. Hətta ona məktəb xorunda oxumağa icazə
verilmirdi. O, isə nəyin ki, tanınmış musiqiçi olmaqla
kifayətlənir, həmçinin 2006-cı ildə “Google”-da ən çox adı
axtarılan qadın olur. Dediyinə görə məşhur olacağını uşaqlıqdan
hiss edirmiş. Boyu cəmi 157 sm-dir. Kişilər bu sarışına valeh
olsalar da, saçlarının təbii rəngi qaradır.
“Kolumbiyada uşaqlar gəzməkdən əvvəl rəqs etməyi öyrənirlər!”
Musiqi həyatındakı uğurlarını rəqslərinə borcludur. Rəqs etməyi
4 yaşında nənəsindən öyrənib. Kiçik yaşlarında bir dəfə atası onu
şərq restoranına aparır. Ərəb rəqsləri ilə ilk dəfə orada tanış
olur, əslində, aşiq olur... Şərq rəqslərini livanlı nənəsindən
öyrənir. Lakin elə düşünməyin ki, o, təkcə rəqqasəliklə məşğul
olub, savadsızdır. 140 İQ səviyyəsi ilə musiqi dünyasının ən ağıllı
qadınlarından biri hesab olunur. İspan, ərəb, ingilis, italyan və
portuqal dillərini mükəmməl bilir.
2 yaşında əlifbanı, 3 yaşında isə rəqəmləri saymağı öyrənib. İlk
mahnısını 7 yaşında olarkən bəstələyib. İlk müqaviləsini 10 yaşında
bağlayır. İlk albomunu 13 yaşında buraxır. İkinci albomunu 15
yaşında çıxarır. 14 aylıq dünya turunda 130 konsert verib.
17 yaşında atasının xırdavat dükanı bağlananda ailəsini
dolandırmaqdan ötrü “El Oasis” serialında çəkilib. İlham
pərilərinəehtiyac duyduğu üçün uzun müddət Himalay dağlarında
yaşayıb. Texnologiya ilham pərilərini də meqapolisdən
uzaqlaşdırıb...
Bir dəfə Şakira başqa şəhərdən Kolumbiyaya qayıdarkən hava
limanında mahnıları olan çamadanını itirir. Bu hadisə albom
hazırlıqları ərəfəsində baş verir. Bütün mahnıları yenidən yadına
salıb nota köçürmək məcburiyyətində qalır. Bu hadisə onun həyatında
ən acınacaqlı və ağır hadisə kimi iz qoyub. Bəzi mahnıları çoxdan,
bəziləri isə yeni yazılmışdı. Buna baxmayaraq, hamısını nota köçürə
bilir.
Xeyirxah və yardım sevər olduğu üçün haqqında “qanadsız mələk”
ifadəsi də işlədilir. Afrikada yoxsul ölkələrə yardım üçün
keçirilən konsertlərdə səhnəyə çıxır.
“Özümü xilaskar hiss etmirəm, düzü bu barədə heç fikirləşmirəm.
Bilirəm ki, ehtiyacı olanlara kömək etmək lazımdır!”
Konsertdən əvvəl dua edib şounun necə keçəcəyini təsəvvür edir.
Bazar günləri okeanda gəzməyi xoşlayır. İnsanları çox sevir,
ölümdən isə çox qorxur...
Getdiyim bütün şəhərlərdə kobud, sərt botanik kimi davranıram:
görməli yerləri, bütün muzeyləri gəzirəm. Həmin yerlərin tarixi və
mədəniyyəti ilə maraqlanıram.
“Hamının gözü önündə olan münasibəti davam etdirmək çətindir.
Üstəlik sevdiyiniz insan, əhəmiyyətli və tanınmış biridirsə, iki
qat güc, səbir tələb olunur”.
Argentinanın sabiq lideri Fernando de la Rua ilə Şakiranın
sevgilisi olub. Onların sevgili olması böyük ajotaja səbəb olmuşdu.
Çoxları bu sevginin karyerasına son qoyacağını söyləyirdi. Sevdiyi
insan uğrunda mübarizə aparıb siyasətin onlara mane olmadığını
sübut etsə də, 11 il birlikdə olduqdan sonra ayrılırlar. Antonio de
la Rua Şakiraya iri qaşlı almaz üzük bağışlayır. Hətta toyun
tarixini də elan edirlər. Amma toy baş tutmur.
İspaniyanın ən ehtiraslı cütlüyü
Bu hadisədən sonra Şakira uzun müddət heç kimlə görüşmür. Ta ki,
Barselona klubunun müdafiəçisi Jerar Pike ilə tanış olana qədər.
Jerar Pike və Şakira 2010-ci ildə futbol üzrə dünya çempionatında
tanış olurlar. Çempionatın himni olan “Waka Waka” mahnısının
klipində İspaniya yığmasının müdafiəçisi də iştirak edir. Onlar
bir-birini ilk dəfə görürdülər. Şakira ikimetrlik xarizmatik
futbolçuya məftun olur. Bundan sonra müsahibələrdə dəfələrlə onun
adını çəkir. Amma onların münasibətlərinin real olacağına heç kim
inanmırdı. Belə ki, futbolçu Kolumbiya gözəlindən 10 yaş kiçikdir.
2012-ci ilin yayında isə cütlük ana və ata olmağa hazırlaşdığını
elan edir. 2013-cü ildə cütlüyün ilk övladı Milan dünyaya gəlir.
Doğuş Barselonada özəl klinikaların birində baş tutur.
Keçən həftə isə yaradıcılıqdan bir qədər uzaq düşən özünü tamamilə ailəsinə həsr edən Şakiranın daha bir oğlu dünyaya gəldi. Cütlük rəsmi şəkildə evlənməsə də, münasibətləri uğurlu və xoşbəxt şəkildə davam edir. Nə deyək, təki Allah nəzərdən qorusun...
Gözəllik sirləri
Şakiranın qulaqlarından zəhləsi gedir. Saçlarını heç vaxt
yığmamasının əsas səbəbi də elə budur. Hətta saçını yığanda da
qulaqlarını örtür. Makiyajsız gəzməyə üstünlük versə də,
kosmetikaları xoşlayır. İfaçı olmasaydı, heç tərəddüd etmədən
vizajist olardı.
Gözəlliyinin ilk sirri şərq rəqsləridir. Rəqslərin köməyi ilə
musiqinin ritmlərini daha tez tutur. Elə düşünməyin ki, o bir
mükəmməl hərəkətin üzərində saatlarla məşq edir. Üstəlik rəqslər
emosional durumuna müsbət təsir edir, sağlamlığını
yaxşılaşdırır.
Gözəlliyinin ikinci sirri SPA və kosmetik prosedurlardır. SPA
yağları parçalamağa və maddələr mübadiləsini sürətləndirməyə kömək
edir. Müxtəlif aroma yağları, dəniz yosunları, dəniz duzu və gillə
masajı xoşlayır.
Gözəlliyinin sonuncu sirri isə sağlam həyat tərzidir. “Bədənimin ən
gözəl yeri ağlım və beynimdir!”
Övladını dünyaya gətirdikdən sonra Şakira mükəmməl bədəni və
əzələləri ilə gənc qızları da qısqandıra bilər. Hamiləliyi ərzində
müxtəlif məşqlər edib, bu da artıq çəki almağa qoymayıb. Oğlu
Milana qovuşduqdan sonra mütəmadi olaraq məşqlərə davam edib.
Hamiləlikdə aldığı çəkiləri atmaq üçün sağlam, vitaminli,
minerallarla zəngin qidalara üstünlük verib.
Şokoladı çox xoşlayır, lap balaca uşaqlar kimi... Pəhriz saxlasa
da, şirniyyatdan imtina edə bilməz. Zinət əşyalarına isə nifrət
edir. Bir çox həmkarları kimi spritli içkilərə meylli deyil, qəhvə
içmir, siqaret çəkmir.
Qarderobunun çoxunu sport geyimlər təşkil etsə də, hündür daban
ayaqqabılara və ətəklərə də rast gəlmək olar. Bunları adətən o,
vacib tədbirlərdə geyinir. Geyim çox darıxdırıcı görünürsə,
obrazına qiymətli zinət əşyaları da əlavə edir. Boyu balaca olduğu
üçün platforma ayaqqabı modellərinə müraciət edir. Stili
yaradıcılığı ərzində bir neçə dəyişikliyə məruz qalıb. Əvvəllər dar
cinslər geyinir, müğənni beləcə bədəninin ən cazibədar hissəsini
nümayiş etdirirdi. Daha sonra ətəyə oxşayan enli şalvarlar və
cırıq, dəlikləri olan şalvarlar geyinib. İndiki stili isə əvvəlki
ilə müqayisədə daha yaxşıdır.
Günəş eynəkləri taxmadan evdən çıxmır. Qeyri-adi aksessuarlar
ulduzun fantastik obrazını tamamlayır. Xüsusilə muncuq sırğalar,
bilərzik və üzükləri çox sevir. Təbii ki, şərq tərzində kəmərləri
də. Məhz kəmər onun səhnə obrazlarında mühüm rol oynayır. Demək
olar ki, hər konsertdə onları geyir. Əllərinə çoxsaylı bilərziklər
və qəribə əlcəklər taxır. Bəzən də tamaşaçıların qarşısına çox
ekstravaqant və vamp paltarda çıxır.
“Pike məni Allaha inandıra bildi! Düşünürəm ki, Allahın
varlığını ancaq məhəbbət vasitəsi ilə sübut etmək mümkündür.
Vaxtilə Tanrıya inamımı tamam itirmişdim . Bu, mənim üçün çox ağır
idi, çünki həmişə dinə bağlı olmuşam. Bir neçə il ərzində ona
inanmırdım. Bəlkə ona görə ki, həyatımda məhəbbət yox idi. Jerarla
qarşılaşmaq günəşi görmək kimi idi... Əgər bizi, sevgi bağlayırsa,
uzaqda olsa da, mənə heç vaxt xəyanət etməyəcək və buna çox
inanıram!
Həyatın yeni ritminə hələ də uyğunlaşmağa çalışıram. Analıq hissi
möhtəşəm duyğudur. Əlbəttə ki, biz gələcəkdə daha bir övlad sahibi
olmaq istəyirik. Hazırda isə mümkün deyil. Toy üçün vaxt
yetişməyib. Bütün sevgimiz və dünyamız Milan ətrafında
cəmləşib”.
-
Region17:00
İrandan növbəti hədə: Görün SEPAH İsraili nə ilə qorxutdu
-
MDB16:22
Moskvada 21 yaşlı azərbaycanlı avtomobilini səkidə saxladı, ona irad tutan gənci öldürdü - VİDEO
-
Nida Təhlil 15:51
İşğalçı erməniyə göz yaşı tökən molla: İran silahı ilə Azərbaycanın neçə əsgəri öldürülüb?
-
Magazin115:18
Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”
-
Nida Xəbər 14:34
Moskva İrəvandan tələb etdi: Brüsseldə hazırlanmış plana reaksiya gözləyirik
-
İdman13:46
"Real"ın ÇL-dəki qəhrəmanı bu gözəllə eşq yaşayır - FOTOLAR
-
Avropa13:16
Fransanın ikiüzlülüyü: Avropada Rusiya qazının ən böyük alıcısı oldu
-
Region12:41
Özünün dənizə çıxışı yoxdur, başqalarını şirnikləndirir: İrəvan Ər-Riyadda nə təklif edib?