Tabloid.az
Ev şəraitində göz ətrafına qulluq qaydaları
Göz ətrafında olan xırda qırışlar hər bir xanımı 30 yaşdan sonra narahat etməyə başlayır. Bəs bahalı kosmetik vasitələr və əməliyyatlar olmadan onları aradan qaldırmaq mümkündürmü?
İlk öncə bu qırışlara qarşı nəmləndirici vasitələrlə mübarizə aparın. Burda aloe və efir yağları köməyinizə çatacaq. Mütəmadi olaraq aloe ilə gözətrafı cildi nəmləndirirn. Bu qırışlara qarşı ərik, şaftalı və badam yağlarını da istifadə edə bilərsiniz.
Bu məqsədlə aldığınız kremlər sizi qane etmirsə özünüz ev şəraitində bu reseptlə effektiv krem hazırlaya bilərsiniz. Bunun üçün1 xörək qaşığı E vitamini, eyni miqdarda kakao və dəniz ağtikanını qarışdırın və göz ətrafına sürtün. 25 dəqiqə saxladıqdan sonra salfetka ilə ehmalca silin.Bu proseduru qırışlar yox olana kimi həftədə bir neçə dəfə yatmamışdan 2 saat öncə edin.
Göz ətrafı qırışlara qarşı zeytun yağı. Zeytun yağı problemli hissəyə massaj hərəkəti ilə yeridin. Daha tez nəticə əldə etmək üçün maska da düzəldə bilərsiniz. 50 ml zeytun yağı və 10 ml E vitaminini qarışdırın gözünüzün altına sürtün, 5 dəqiqə sonra salfetka ilə ehmalca silin. Bu maskanı gecə yatarkən etməyiniz məsləhətdir. Qırışların qarşısını almaq üçün isə zeytun yağı ilə limon şirəsindən istifadə edin, bu maskanı 10 dəqiqə saxlamağınız kifayət edər.
Xalq təbabətinə əsasən qırışlara qarşı1 xörək qaşığı bal (qatı olarsa isidin), gözəyarı un, 1 ədəd yumurtanın ağını çalın və gözünüzün altına sürtün, quruyana kimi gözləyin. Və ya, bişməmiş kartofu sürtgəcdən keçirin və bir az qaymaq qataraq 15 dəqiqəlik gözünüzün altına sürtün. Bu maskanı həftədə 3 dəfə etsəniz effektini tez bir zamanda görəcəksiniz.
Bu kimi qırışların əmələ gəlməsinə səbəb dərinin xarab olması, kosmetik vasitələrin təsiri, günəşdə və ya soyuqda gözlərimizi qıymaq adəti ola bilər. Göz ətrafının dərisi nazik və zərif olduğundan ətraf təsirlərə daha tez məruz qalaraq qırışır.
-
Nəqliyyat19:48
Azərbaycanda bu taksi şirkəti BAĞLANIR - FOTO
-
Sosial19:12
Azərbaycanda tikintidə GÖRÜNMƏMİŞ HADİSƏ - VİDEO
-
Sosial18:40
Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə MÜJDƏ
-
Sosial17:54
Əli Əsədov qərar imzaladı
-
Qarabağ 17:13
Xankəndidə ilk körpə dünyaya gəldi - FOTO
-
Qarabağ 16:38
Bu ölkələr Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik
-
Rəsmi xronika16:13
Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq
-
Nida Xəbər 16:08
SON DƏQİQƏ: Qazaxın azad edilən kəndində bayrağımız qaldırıldı - VİDEO