Dişləri təbii üsullarla ağappaq edən qidalar
Bizi izləyin

Tabloid.az

Dişləri təbii üsullarla ağappaq edən qidalar

Dişləri təbii üsullarla ağappaq edən qidalar

Dişlərin inci dənəsi kimi ağappaq və parıltılı olması üçün çoxları kimyəvi maddələrdən istifadə edir. Lakin dişləri təbii və əlinizin altındakı meyvə və tərəvəzlərlə də bəyazlaşdırmaq mümkündür. Tabloid.az dişləri ağappaq edən qidaların siyahsını təqdim edir:

Portağal: Portağal qabıqlarının iç tərəfi diş ağardıcı funksiyanı yerinə yetirir. Quru portağaldan əldə edəcəyiniz məcunu isə diş fırçasının köməyilə istifadə edə bilərsiniz. Bu əməliyyatı həftədə bir-iki dəfə təkrarlasanız, dişlərinizdəki fərqi görəcəksiniz.

Limon suyu: Limon suyu yalnız saçlarınızın rəngini açmır, həm də dişləri ağartmaqda təsirlidir. Ancaq ondan tez-tez istifadə etmək də dişlər üçün təhlükəli ola bilər. Başqa sözlə, limon suyu dişlərin çürüməsi üçün əlverişli mühit yaratdığından ondan mütəmadi istifadə diş minasına zərər verə bilər.

Alma sirkəsi: Limon suyu kimi alma sirkəsi də dişləri ağartmaq üçün istifadə edilə bilər. Hətta karbonatla qarışdırıb dişlərə sürtəndə, alma sirkəsi diş pastası funksiyası yerinə yetirəcək.

Sərt meyvə və tərəvəzlər: Alma, kök, gül kələm, armud və digər sərt meyvələr dişləri təmizləyər və ləkələrin yox olmasını təmin edər. Bu meyvə və tərəvəzlərin tərkibindəki təbii liflər ağız suyu ilə qarışdığında, dişlərin arasında qalan yemək artıqları və ləkə yaradan bakteriyaları təmizləyir.

Çiyələk: Çiyələk də diş üzərində ləkələr yaranmasına imkan vermir. Meyvəni dişlərinizə sürtsəniz, ya da bir ovuc çiyələk yesəniz, dişlərinizin üzərində ləkələr əmələ gəlməsinə mane ola bilərsiniz. Lakin çiyələyi yedikdən sonra ağzınızı yaxalamağı unutmayın. Çiyələyin tərkibində olan turşu və şəkər uzun müddət qalanda, diş minasına zərər verəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm