Tünzalə Ağayeva niyə silahdan atəş açmağa hazırlaşır?
Bizi izləyin

Tabloid.az

Tünzalə Ağayeva niyə silahdan atəş açmağa hazırlaşır?

Əməkdar artist Tünzalə Ağayeva silahdan atəş atmaq üzrə kurs keçəcək.

Azərbaycanın əməkdar artisti Tünzalə Ağayeva həqiqi silahdan atəş açmağa hazırlaşır. Bu haqda müğənni tabloid.az-a açıqlama verib.

Belə ki, “Bakı 2015” Avropa Oyunlarının atıcılıq üzrə ulduz səfiri seçilən müğənninin ən böyük arzusudur ki, atıcılıq üzrə peşəkar idmançı Zemfira Mehyəddinova ona kiçik bir kurs keçsin.

“Zemfira xanımla eyni yerdə olacağam. Özüm də atıcılıq üzrə ulduz səfir seçilmişəm. Mən bu şansı çalışacağam ki, əlimdən verməyim. Zemfira xanımla, peşəkar bir atıcı ilə, idmançı ilə görüşdən çalışacağam ki, kiçik də olsa atıçılıq dərsi alım”.

Maraq üçün bildirək ki, Zemfira Mehyəddinova XXVII Yay Olimpiya Oyunlarının qızıl medalçısı (Sidney, 2000), stend atıcılığı üzrə dünya çempionu (2001). Azərbaycan Bədən Tərbiyəsi İnstitutunu bitirmişdir (1984). 1976 ildən "Dinamo" idman cəmiyyətində stend atıcılığı ilə məşğul olmuşdur. 1979 ildən idman ustasıdır. 1993 ildə Avropa çempionatında I yeri, 1995 ildə Dünya çempionatında I yeri, 1999 ildə Qran-pri yarışlarında (Hindistan) I yeri, Dünya Kuboku mərhələlərində I və II yeri, 2000 ildə Qran-pri yarışlarında (Hindistan) I yeri tutmuşdur. 6 Dünya rekordu, 2 Olimpiya rekordu qazanıb. 1994 ildən polis orqanlarında işləyir, polis polkovnik-leytenantıdır. Hazırda "Dinamo" cəmiyyəti tədris-idman şöbəsinin rəisidir. İdmançı "Şöhrət" ordeni ilə təltif edilib.

2000-ci il Olimpiya oyunlarının qalibi, 2004-cü il Olimpiya oyunlarının bürünc mükafatçısı, 2008-ci il Olimpiya oyunlarının iştirakçısı (15-ci yer), 1986, 1987 və 1988-ci illərdə komanda hesabında Avropa çempionu, şəxsi hesabda 1986 və 1988-ci illərdə gümüş mükafatçı, 1987 və 1990 illərdə bürünc mükafatçı, 1986-cı il komanda hesabında dünya çempionatının gümüş mükafatçısı, 1986-cı il SSRİ çempionatının bürünc mükafatçısı olub..

Oxumağa davam et
Reklam
Reklam

Gündəm