Ayan: “Gəlinlik geyinib, qucağımda övladım ərə gedəcəyəm” - Video
Bizi izləyin

Tabloid.az

Ayan: “Gəlinlik geyinib, qucağımda övladım ərə gedəcəyəm” - Video

Sevgi yox, istəyirəm ki, mənim ailəm olsun

Müğənni Ayan Babakişiyeva “Şou məkan” verilişinə həyatından maraqlı açıqlamalar edib. Tabloid.az xəbər verir ki, həyatında yeni eşq istəyən Ayan qızı Selenadan da danışıb.

“Həyatımda ilk növbədə övladımdır. O, mənim canımdan bir parçadır. O, mənim ürəyimdir. Şıltaqlıqları var. Mənimlə birlikdə olmaq istəyir. Mən də vaxtımı ona ayırıram. Martın biri qızımın bir yaşı tamam olur”.

Yenidən ailə qurmaq məsələsindən danışan gənc müğənni ailə qurmaq istəməsini də gizlətməyib.

“Sevgi yox, istəyirəm ki, mənim ailəm olsun. Tanrı mənim yanımda olsun, mənim ailəm də mənim yanımda olsun. Qismətimdə varsa mən gəlinlik libası da geyinəcəyəm. Övladım mənim qucağımda olacaq. Mən təkrarən ailə həyatı quracağam”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm