Beren Saat Adriana Limadan daha çox pul tələb edir - Foto
Bizi izləyin

Tabloid.az

Beren Saat Adriana Limadan daha çox pul tələb edir - Foto

Tələb etdikləri qonorar dodaq uçuqlatdı

Supermodel Adriana Limanın yaxın tarixlərdə Türkiyəyə gələcəyini xəbər vermişdik. “Veet” brendinin reklam siması seçilən model çəkilişlər üçün 3 gün Türkiyədə qalacaq. Dünyaca məşhur modelin sadəcə 500 min lirə qonorar aldığı bildirilir.

Maraqlısı isə odur ki, firmanın cazibədar modeldən öncə türkiyəli gözəllər aktrisa Beren Saatla Serenay Sarıkayaya reklam siması olmağı təklif etdiyi ortaya çıxıb. Firmanın səlahiyətliləri Berenin 1 milyon lirə, Serenayın isə 850 min lirə istədiyini və buna görə də onlarla əməkdaşlıq etməkdən vaz keçdiklərini bildiriblər.
Türkiyənin tanınmış brendinin səlahiyyətləri yerli ulduzların xarici ulduzlardan daha çox pul tələb etdikləri üçün xaricə üz tutduqlarını etiraf edirlər.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm