Tabloid.az
İlahi gözəlliyini azərbaycanlı anasına borcludur - Fotolar
Bianka Balti Avropanın ən perspektivli super modellərindən biridir. O, İtaliyanın qüruru, Azərbaycanın isə fəxridir. Anası azərbaycanlı, atası italyan olan Bianka Balti gözəlliyi ilə dünyaya səs salıb. 29 yaşı olmasına baxmayaraq, 20 yaşlı qız kimi görünür. İdmanla məşğul olmur, ancaq çox zərif və nərmə-nazik xanımdır, bu, bədən quruluşunu azərbayacanlı anasına borcludur. Çünki anası da incə xanımdır. Mavi gözlərini və cəlbedici dodaqlarını isə italyalı atasından alıb. Tabloid.az Biankanın gözəllik sirlərini təqdim edir:
Hər bir qadın kimi bu modelin də özünəməxsus gözəllik sirləri var: “İstəyirsiniz inanın, istəyirsiniz inanmayın idmanla məşğul olmuram. Maksimum yoqa ilə məşğul ola bilərəm. İdmanla mütəmadi olaraq məşğul olmalısan. Mən isə gələn həftə harada olacağımı bilmirəm. Hava limanında ağır çamadanla gəzmək bəs edir. Amma qida rejiminə xüsusi fikir verirəm, sağlam və lazımlı qidaları yeyirəm. Xoşbəxtlikdən italyan mətbəxi belədir. Həyatımda ancaq bir dəfə qızım dünyaya gələndən sonra pəhriz saxlamışam, tezliklə əvvəlki formaya qayıda bildim. Anam da cavanlıqda arıq və incə olub. İndi isə pəhriz saxlamağa məcbur olur. Bilmək olmaz, gələcəkdə bəlkə mən də pəhriz saxlamalı oldum”.
Makiyajı etməyi sevməyən model bildirir ki, iri gözləri və dolğun dodaqları kosmetik brendlərin reklamı üçün çox idealdır. Gündəlik həyatda isə demək olar ki, üzünə heç nə çəkmir, təkcə qaşlarını karandaşla vurğulayır. "Kirpiklərimə nadir hallarda tuş çəksəm də, həmişə bururam. Dodaqlarıma həcm verici "Burt’s Bees" balzamı çəkirəm, bu balzam inanılmaz dərəcədə ucuzdur. Balzam dodaqlarımı həm qidalandırır, həm də dolğunlaşdırır”.
Dəriyə qulluq vasitəsi: “Dəriyə qulluq etməyin öz qaydası var. Artıq heç nə çəkmirəm, ancaq ehtiyacı olan qulluğu göstərirəm. Gündə iki dəfə nəmləndirici və günəşdən qoruyucu SPF tərkibli krem çəkirəm. Modellik mənə yatmazdan əvvəl makiyajı silməyi öyrədib”.
"Chanel"in qırmızı dırnaq boyasına heyran olan model bu rəngin dərisi ilə çox gözəl göründüyünü bildrir.
“Dolce & Gabbana"nın "Sicily" çantaları əlimdən düşmür, mənim üçün çox dəyərlidir. Onların tuflililərinə də heyranam, hətta ən hündür ayaqqabıları da inanılmaz dərəcədə rahatdır. Ziyafət geyimlərinə isə söz ola bilməz. Xüsusən də keçən il Kann Festivalında geyindiyim güllü və dəbdəbəli paltar zövqümcə idi. Həmin paltarda özümü əsl şahzadə kimi hiss edirdim”.
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər
-
Magazin125 Aprel 22:48
Müşfiq Musanın məşhur mahnısını oxudu - VİDEO
-
Magazin125 Aprel 22:00
Firuzə İbadova həmin xəbəri TƏKZİB ETDİ: "Onun ruhu şad olsun deyə..."
-
Sosial25 Aprel 21:24
Bakıda qızı açıq-saçıq geyiminə görə mağazadan qovdular - VİDEO
-
İnanc25 Aprel 20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO