Lalə Məmmədovadan etiraf: “Həyatıma rəng qatdın”
Bizi izləyin

Tabloid.az

Lalə Məmmədovadan etiraf: “Həyatıma rəng qatdın”

Lalə Məmmədova tabloid.az-a eksklüziv açıqlamasında qızının ad günü mərasiminin bu gün səhər saatlarından başladığını bildirdi.

Bu gün əməkdar artist Lalə Məmmədovanın böyük qızı Nərgizin ad günüdür. Bu münasibətlə müğənni qızını sosial şəbəkədə də təbrik edib.

“Nə yaxşı ki doğuldun, qızım. Həyatıma rəng qatdın. Səni verənə şükür! Ad günün mübarək!”.

Lalə Məmmədova tabloid.az-a eksklüziv açıqlamasında qızının ad günü mərasiminin bu gün səhər saatlarından başladığını bildirdi.

“Qızım 272 nömrəli orta məktəbdə təhsil alır. 3-cü sinif şagirdidir. Onun ən yaxın dostları da hazırda Nərgizin sinif yoldaşlarıdır. Bu səbəbdən ilk olaraq ad gününü elə məktəbdə sinif yoldaşları ilə birlikdə qeyd etdik”.

Əməkdar artist onu da əlavə etdi ki, doğum günü evdə də keçiriləcək.

“Nərgizin doğum gününü evdə də qeyd edəcəyik. Sənət dostlarımdan heç kəsi dəvət etməmişəm. Yalnız ailə üzvlərimiz və bizə yaxın olan qohumlarım doğum günündə iştirak edəcəklər”.

Qeyd edək ki, Lalə Məmmədovanın qızı Nərgizin bu gün 9 yaşı tamam olur.

Biz də tabloid.az kollektivi adından səbəbkarı təbrik edirik.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm