Məryəm Üzərli qalaya belə gəldi - Fotolar
Bizi izləyin

Tabloid.az

Məryəm Üzərli qalaya belə gəldi - Fotolar

Hollivud ulduzlarından ilham alan Məryəm Üzərli “Sevimli Təhlükəli” filminin qalasında smokinq geyinib

Özcan Dənizin çəkdiyi "Sevimli Təhlükəli” filminin qalasında bütün baxışlar Məryəm Üzərliyə yönəlib. Çünki Hollivud ulduzlarından ilham alan Məryəm Üzərli tədbirə smokinq geyinib.

Hollivud ulduzları son zamanlarda qırmızı xalı üzərinə təmtəraqlı ziyafət libaslarında deyil, sadə smokinq dəbinə uyğun geyinib gəlirlər. Tabloid.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, kürən saçlı aktrisa da məhz Hollivud ulduzları ilə ayaqlaşmaq istəyib. Lakin smokinqini idman ayaqqabıları ilə tamamlayan aktrisanın bu həvəsi uğursuz nəticələnib.

Filmi çox bəyəndiyini deyən Üzərli “Mən hələ danışmıram, gördüyünüz kimi ağlayıram. Çox danışmaq istəmirəm, amma həyatım boyu bu qədər gözəl bir film izləməmişəm. Filmdə görüntülər, musiqilər və aktyorlar çox gözəldir" deyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm