Elnarə Azərbaycanın siması oldu
Bizi izləyin

Tabloid.az

Elnarə Azərbaycanın siması oldu

"Avaz" adlanan həmin mahnının ifası üçün türk xalqlarını təmsil edən müğənnilər seçilib

Müğənni Elnarə Xəlilova yeni beynəlxalq layihədə təmsil olunacaq. TRT Avaz telekanalının hazırladığı layihənin məqsədi türk dünyasının tanıdılmasıdır. Layihə çərçivəsində Türk Dünyasının birliyini əks etdirən mahnı da yazılıb. "Avaz" adlanan həmin mahnının ifası üçün türk xalqlarını təmsil edən müğənnilər seçilib.

Tabloid.az xəbər verir ki, bu layihədə "Azərbaycanın siması" müğənni Elnarə Xəlilova olacaq. Bir neçə gündən sonra yaradıcı heyət klip çəkilişləri məqsədi ilə Bakıya gələcək. Bakının müxtəlif tarixi məkanlarında lentə alınacaq Klip və mahnı TRT Avaz və bütün türk dövlətlərinin telekanallarında yayımlanacaq, eləcə də radio dalğalarında səslənəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm