“Seksuallıq mənim təbiətimdə var” - Fotolar
Bizi izləyin

Tabloid.az

“Seksuallıq mənim təbiətimdə var” - Fotolar

"Ana olmaq haqda düşünmürəm"

Türkiyənin ən seksual müğənnilərindən biri, bəlkə də birincisi Gülşəndir. Əslində o, təkcə müğənni deyil, həm də söz yazarı və bəstəkardır. 1996-cı ildə "Be adam" adlı albomuyla musiqi karyerasına başlayan müğənni bu günə kimi 10-dan çox albom çıxarıb və sayını özünün də xatırlaya bilmədiyi qədər çox mükafata layiq görülüb.

“Of of” adlı mahnısı və bu mahnıya çəkdiyi erotik kliplə bir anda şöhrətin ən yüksək zirvəsinə qalxan Gülşən imicini də elə həmin vaxt müəyyənləşdirir. “Of of”dan sonra müğənni daim geyindiyi açıq-saçıq paltarlar, səhnədə etdiyi erotik rəqslər və dünya ulduzları ilə yarışacaq qədər iddialı klipləri ilə gündəmə gəlir.

Həddən artıq arıq olduğu və hələ də idmana, pəhrizə davam etdiyi üçün anoreksiya xəstəsi olduğu iddia edilir. 39 yaşlı müğənni isə bədəninin ideal yağ və əzələ nisbətinə sahib olduğunu deyir.

Gülşənin eşq həyatı da olduqca qalmaqallıdır. Çox gənc yaşda bir dəfə evlənib boşanan Gülşən daha sonra məşhur simalarla sevgi romanı yaşayıb. Prodüseri Erol Kösenin evli olmasına baxmayaraq onunla eşq yaşayan, daha sonra da məşhur xəbər aparıcısı Reha Muxtarla sevgi münasibəti quran Gülşənin hazırda bir çox mahnılarının bəstəkarı Ozan Çolakoğlu ilə birlikdə olduğu deyilir.

Gülşən Murat Bozla birlikdə səsləndirdiyi “İltimas” mahnısı və yaraşıqlı müğənni ilə yataq səhnələrinin də yer aldığı klipi ilə 2014-cü ilə damğa vurdu.

Hazırda gözəl müğənni yeni albom çıxarmağa hazırlaşır. Bu münasibətlə də “ALL” jurnalına maraqlı müsahibə verib. Gülşənin gözəllik sirlərini və eşq haqqındakı fikirlərini öyrənmək istəyirsinizsə, tabloid.az-ın “Şirin söhbət” layihəsi çərçivəsində təqdim etdiyimiz müsahibəni oxuyun.

- Ötən ilin ən hit mahnısına imza atdınız. 2014-cü ildə musiqi sektorunda hitlərin az olduğunu nəzərə alsaq, bu böyük bir uğurdur. "İltimas" klipi “Youtube”da 42 milyon dəfə izlənilib. Bu nailiyyəti gözləyirdin?

- Əlbəttə (gülür). Mahnının sözlərini yazdıqdan sonra onun hitə çevrilib-çevrilməyəcəyini hiss edirəm. Ürək döyüntülərim mənə o mahnının haralara qədər gedib çıxacağını hiss etdirir. Mən ürəyimə yatmayan mahnını nəinki, milyonlarla dinləyiciyə, heç anama da dinlətmərəm. “İltimas”ı yazdığım günü xatırlayıram, yazıb qurataran kimi prodüserim Samsun Dəmirə dedim ki, bu dəqiqə mahnını təqdim etməliyik.

- Albomlarını dinləyəndə keçmiş pop mahnılarından ilham aldığın, onlardan qidalandığın aydın olur. Hansı mahnıları dinləyərək böyümüsən?

- Necə qidalanmayım, axı? Keçmiş mahnıların çoxu hər birimizin ürəyində iz qoyub. Xüsusilə də, 90-cı illərin türkcə pop mahnılarının səmimiyyəti insana çox təsir edir. Kiçik yaşlarımdan etibarən "Modern Talking", "Scorpions", Sandra, Ajda Pekkan, Sezən Aksu mahnıları dinləyəndə huşumu itirirdim.

- Bir mahnını alboma qoymaq istəyəndə kiminlə məsləhətləşirsən?

- Öz fikirim çox önəmlidir. Əgər mahnı ürəyimə yatıbsa, Ozan Çolakoğlu, Samsun Dəmir və bacımla məsləhətləşirəm. Bacımın adını “hit canavarı” qoymuşam. Onda nə var bilmirəm, amma hansı mahnının hit olacağını bilir. Bu günə kimi bir dəfə də olsun yanılmayıb.

- Bu sektordakı ən güclü qadın müğənnilərdən birisən. Bu müddətdə nə öyrənmisən?

- İllərdir musiqi sektorunun içindəyəm və bir çox şeylə üzləşməli olmuşam. Təcrübələrim məni əmin edib ki, ən peşəkar insanla işləyəndə belə daim diqqətli olmaq lazımdır.

- Yeni albomunda yer alacaq mahnıları Londonda yazırsan. Müsahibələrindən birində bu şəhərin sənə çox ilham verdiyini demisən. Necə vaxt keçirirsən orada?

- Londona çox tez-tez gedirəm. Hətta "Ön söz" albomunu hazırlayarkən Londonda qalmışdım, bir çox mahnını orada yazmışam. London mükəmməldir, hər dəfə orada küçədə gəzərkən yuxuda olduğumu düşünürəm. İstanbulun məhv edilmədən əvvəlki halı kimi görünür. Oranı bəlkə də xəyallarımdakı İstanbul kimi sevirəm. Bir sənətçinin qidalana biləcəyi, daxili dünyasını zənginləşdirəcəyi, mədəni, azad, hər yerindən sənət fışqıran bir şəhərdir. Boz, buludlu, yağışlı havasını sevirəm.

- İllər keçir, ancaq bu nə sənin üzündə, nə də fiquranda əks olunur. Özünə yaxşı baxırsan?

- Genetikam belədir, çox şanslıyam. Amma buna güvənib arxayınlaşmıram. Sağlamlıq və gözəllik mənim üçün çox önəmlidir. Ona görə də yediklərimə, içdiklərimə diqqət edirəm, hər gün idmanla məşğul oluram.

- İdmana nə qədər vaxt ayırırsan?

- Hər gün qaçıram. Xüsusilə açıq havada sürətli templə yerimək çox faydalıdır. Çünki bu yalnız ideal çəkidə qalmağı təmin etmir, həm də insanın zehnini açır, özünə inamı artırır. Bundan başqa, iki gün pilates edirəm, həftənin bir neçə günü də masaj etdirirəm. Yeməklərim duzsuz olur və çoxlu su içirəm.

- İdeal bədənə sahib olmaq dövrün tələb etdiyi bir zərurətdirmi?

- Məncə, hər dövrdə gözəl görünmək lazımlı olub. Bundan yüz il əvvəl yaşayan bir qadın həm gözəl bədənə, həm də gözəl ruha sahib olubsa, o da hər kəsdən daha çox rəğbət görüb. Bu, bütün dövrlərdə zərurət olub. Ancaq bu reallıqdır ki, insanlar düzgün bədən quruluşuna sahib olmaq üçün son illər daha çox əmək sərf edirlər. Amma bədənin ideal olması kifayət deyil, insanın ruhu da sağlam olmalıdır.

- Səncə ideal bədən necə olmalıdır?

- Məncə, insan bədəni ideal yağ və əzələ nisbətinə sahib olmalıdır. Ancaq insanın güzgüyə baxanda özünü necə görmək istədiyi də əhəmiyyət daşıyır. Məsələn, özümdən nümunə verim. Bundan bir neçə il əvvəl daha böyük əzələlərimin olmasını istəyirdim, hətta kişi kimi görünmək xoşuma gəlirdi. Çünki daha aqresiv idim. Lakin müəyyən yaşdan sonra insan özünü kəşf edir və dəyişir. Daha öncə xoşladığınız şeyləri illər keçdikcə sevməyə də bilərsiniz. Mən indi daha zərif, daha incə görünməyi xoşlayıram.

- Özünə inam səndə illər ərzində yaranıb?

- Əvvəllər qüsur sandığım bəzi şeylər vardı. İndi onların mənə özəl xarakterik xüsusiyyətlərim olduğunu düşünürəm.

Artıq təbiiliyin ən böyük gözəllik sirri olduğunun fərqindəyəm. Hazırda ən yaxşı hiss etdiyim halımdayam.

- Bir çox insan sənin çox seksual olduğunu düşünür. Ancaq ilk tanışlıqda utancaq olduğunu gördüm. Çox maraqlı ziddiyyətdir.

- (Gülür) Hə, bir az utancağam. İnsanlarla ünsiyyətdə olduqdan sonra daha rahat oluram və utancaqlıq aradan qalxır. Səhnəyə çıxanda isə özümü tanıya bilmirəm. Ora tam fərqli bir dünyadır. Hər dəfə səhnəyə çıxanda "Salam, Gülşən" deyərək, özümlə yenidən tanış oluram.

- Seksual müğənni imicinin sənə zərər vermir?

- Yox. Seksuallıq mənim təbiətimdə var, baxışımda, duruşumda… Düzdür, əvvəllər seksuallığımın ön planda olmasına çalışırdım, amma artıq elə etmirəm. Çünki seksuallığın ifalarımın önünə keçdiyini görürəm. Mənim eyni zamanda söz yazarı və bəstəkar olduğumu bilməyən on minlərlə insan var. Musiqi təhsili almışam, konservatoriyanın məzunuyam. Hələ də daha yaxşı oxumaq üçün çalışıram.

- Aşiq olanda necə davranırsan?

- Hər şeyi unuduram. Dostlarımı, ailəmi, işimi, hətta özümü. Yalnız aşiq olduğum insana fokuslanıram. Yer üzündə o insandan daha əhəmiyyətli heç bir şey olmur. Bunun doğru bir davranış tərzi olmadığını bilirəm. İndi belə aşiq olan insanlar yoxdur. Heç kim mənim kimi axmaqlıq etmir və eşqi belə dərin yaşamır. Ona görə də heç kimin canı mənim qədər ağrımır. Əgər kimsə “bu eşq münasibətlərindən mənə zərər dəyərmi?” deyə düşünürsənsə, deməli, o eşq deyil. Çünki o zaman məntiqini işə salmış olursan. Mən məntiqlə, düşünərək qərar verilən davranışların və hisslərin eşq ola biləcəyinə inanmıram. Mən eşqi dəli kimi yaşayıram.

- İlk dəfə nə vaxt aşiq olmusan?

- 20 yaşım var idi, ilk dəfə sevib evləndim. Deyirəm axı, aşiq olanda ağlımı itirirəm. Yoxsa o qədər gənc yaşda evlənməyimin başqa səbəbi ola bilməz. Sevişdiyim ilk adam idi. İlk albomum çıxmışdı və tanınmağa başlamışdım. 3 il yarım birlikdə olduq. Kor idim, sonradan anladım ki, o, çox fərqli bir adam imiş, mən isə sadəcə görmək istədiklərimi görmüşəm.

- Karyeranda işlər yaxşıdır. Bəs, ailə, uşaq haqqında nə düşünürsən?

- Hələlik könlümdən keçmir. Qismətdir. Uşaq sahibi olmaq istəsəm, bu böyük məsuliyyəti yerinə yetirə biləcəyimə inanmalıyam. Hələlik ana olmaq haqda düşünmürəm.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm