Müasir dövrdə yaranan ürək xəstəliklərinin əsas səbəbləri
Bizi izləyin

Tabloid.az

Müasir dövrdə yaranan ürək xəstəliklərinin əsas səbəbləri

Müasir dövrdə yaranan ürək xəstəliklərinin əsas səbəbləri

Əgər insanların bəzi məsələlərə münasibəti vaxtında dəyişməsə, bu sonradan çox pis nəticələrə səbəb ola bilər. Məsələn, insanlar çox vaxt nəyi necə yediklərini, orqanizm üçün nəyin ziyanlı olduğunu bilmədən hərəkət edirlər. Tabloid.az-ın bu icmalında ürəyi və sağlamlığı təhlükəyə atan 4 əsas məsələ haqqında söhbət açaçağıq.

Siqaret

Siqaret çəkmək ürək-damar sisteminə neqativ təsir edən ən başlıca faktorlardan biridir. Siqaret qan dövranına təsir edir, arteriya divarlarını dağıdır, onlara yağ toplanmasına şərait yaradır. Siqaret çəkən zaman ürəyə kifayət qədər oksigen getmir. Nəticədə o normal işləmək qabiliyyətini itirir və xəstə olur.

Gərginlik və stress - az istirahət

Daimi gərgin iş qrafikində çalışmaq, emosional stress xroniki ürək xəstəliyinin yaranmasına səbəb olan potensial riskdir. Bu zaman nə qədər tez həkimə müraciət etsəniz, bir o qədər xeyirli çıxmış olarsınız. Ürək ritminin pozulması çox təhlükəli xəstəliklərin əlamətləri ola bilər.

Hərəkətsizlik

Hər artıq kiloqram ürəyin fəaliyyətinə mənfi təsir edir. Bu zaman ürəyin ətrafına piy yığılır və bütün bədəni qanla, oksigen və minerallarla təmin etmək üçün ürək iki dəfə artıq yükə düşür. Hərəkətsizlik və artıq çəki diabetə də yol aça bilər.

Yağlı və şəkərli qidalar

Orqanizmdəki damarların fəaliyyətinə həddindən çox şirin və yağlı qidalar da mənfi təsir göstərir. Bütün bu məhsullar xolesterin mənbəyidir. Yağlı qidalar müəyyən zaman ərzində damarların divarlarına çökərək onların elastikliyini azaldır. Bəzi hallarsa qan dövranının pisləşməsinə, ürək ritminin pozulmasına gətirib çıxarır. Bir müddət sonra isə orqanın fəaliyyəti tamamilə pisləşir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm