Burun tutulmasının təbii yollarla aradan qaldırılması
Bizi izləyin

Tabloid.az

Burun tutulmasının təbii yollarla aradan qaldırılması

Burun tutulmasının təbii həlli

Qış aylarının gətirdiyi ən böyük dərdlərdən biri də qrip və soyuqdəymədir. Burun tutulması bəsit bir problem kimi görünsə də, tənəffüs yollarına təsir etdiyindən baş ağrısı və halsızlığa da yol aça bilər. Bəs, burun tutulmasından təbii yollarla xilas olmaq mümkündür?

Stəkana yarım çay qaşığı duz və beş çay qaşığı karbonat (soda) töküb qarışdırın. Suyun təmiz olmasına fikir verin və qaynadın. Bir burun dəliyini tutub bu qarışığı digərinə şpris və ya ona bənzər bir alətlə püskürdün. Suyu ovcunuzdan da burnunuza da çəkə bilərsiniz. Bu qarışıq burun tıxanmasının qarşısını almaqda olduqca təsirlidır.

Bu qarışığı evdə hazırlamaq çətin gəlirsə, apteklərdən dəniz suyu şəklində satılan burun spreyi alın. Bu cür alternativ müalicə üsullarını həkiminizlə məsləhətləşmədən etməyin.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm