Yataq otağını gözəlləşdirən komodlar - Fotolar
Bizi izləyin

Tabloid.az

Yataq otağını gözəlləşdirən komodlar - Fotolar

Yataq otağını gözəlləşdirən komodlar - Fotolar

Yataq otağınıza komod seçərkən hər şeyin uyğun olmasına diqqət edirsiniz? Bəs yaradıcı, alternativ mebellər haqqında nə düşünürsünüz? Komod hökmən hər yerdə gördüyünüz, bir-birinə bənzəyən modellərdən biri olmaq məcburiyyətində deyil. Tabloid.az komod kimi istifadə edə biləcəyiniz əşyalara aid bir neçə nümunə seçib.

Dinamik və yaradıcı dekorasiyaya üstünlük verirsinizsə, köhnə çamadanları komod olaraq istifadə etməyi təklif edirik. Vintaj çamadanlar həm görünüşü, həm də əlverişli olması ilə son günlərin favoritinə çevrilib.

Gözəl məcməyi asanlıqla minimalist bir komoda çevrilə bilər. Bunun üçün xəyal dünyanızda bir qədər qurdalanmaq kifayətdir.

Qəşəng sandığı komod olaraq dekorasiyaya daxil edin. Köhnə-kürüşləri içinə yığmaq üçün olduca əlverişlidir.

Divar rəflərini yataq başlıqlarına möhkəmləndirərək müasir bir alternativ yaradın.

Meyvə sandıqları da komoda çevrilmək üçün sanki can atırlar.

Taxta stul da nə gözəl komoda çevrilə bilər.

İki və ya üç pilləli açılıb-bağlanan pilləkənlər də komod olmağa iddialıdır. Rənglədiyiniz zaman çox gözəl görünürlər.

İlhamverici komod variantlarına göz gəzdirdikdən sonra sizin ağlınıza daha maraqlı ideyalar gələ bilər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm