Aysel Əlizadə Murat Dalkılıçla duet oxuyacaq - Fotolar
Bizi izləyin

Tabloid.az

Aysel Əlizadə Murat Dalkılıçla duet oxuyacaq - Fotolar

Aysel Əlizadə Murat Dalklıcla oxuyacaq

Xəbər verildiyi kimi Türkiyənin tanınmış pop ulduzu Murat Dalkılıc Nahit Emiloğlunun təşkilatçılığı ilə martın 22-də paytaxt məkanlarının birində konsert proqramı ilə çıxış edəcək. Aldığımız məlumata görə, türkiyəli ulduzla səhnəni yerli sənətçimiz Aysel Əlizadə bölüşəcək. Aysel bu barədə tabloid.az-a danışıb:

“İlk səhnəyə mən çıxacam, ikinci hissədə Murat Dalkılıc oxuyacaq. Birlikdə duetimiz nəzərdə tutulub. Hazırlıq gedir, sürprizlər olacaq. Təfərrüat konsertdə bəlli olacaq”.

Xatırladaq ki, Aysel xanımın bundan öncə əcnəbi ulduzlardan “Akcent” qrupu ilə birgə konserti olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm