Narlı çuğundur salatı - Resept
Bizi izləyin

Tabloid.az

Narlı çuğundur salatı - Resept

Tabloid.az çuğundur salatının reseptini təqdim edir:

Tabloid.az çuğundur salatının reseptini təqdim edir:

İnqrediyentlər:

1 kq çuğundur

1 stəkan xırdalanmış qoz

2 diş sarımsaq

Zovqə görə duz

3-4 xörək qaşığı mayonez

Nar zövqə görə

Hazırlanması

Əvvəlcə çuğunduru bişiririk. Tam yumşaldıqdan sonra qabığını soyub sürtgəcin iri gözundən keçiririk. Sarımsaqları da çox xırda doğrayırıq, qoz və duz ilə birlikdə çuğundurun içərisinə əlavə edirik. Bunları yaxşıca qarışdırdıqdan sonra ən sonda mayonezi də əlavə edirik və hamısını birgə yenidən qarışdırırıq. Narı sevənlər içərisinə dənələmiş bir ədəd nar da əlavə edə bilərlər. Daha sonra özünə gəlməsi üçün bir az soyuducuda saxlayırıq.

Nuş olsun!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm