Monika Belluçinin incə şıqlığı - Fotolar
Bizi izləyin

Tabloid.az

Monika Belluçinin incə şıqlığı - Fotolar

Monika Belluçinin incə şıqlığı

Amerikada ilin ən yaxşı musiqiçiləri "Grammy" mükafatına layiq görüldüyü bir vaxtda Londonda Britaniyanın əsas televiziya mükafatı sayılan BAFTA-nın təqdimat mərasimi keçirilib. Kino sənayesinin peşəkarları həmkarları ilə birlikdə ən yaxşıları seçmək üçün toplaşıblar.

"Oskar"-dan sonra əsas sayılan təntənəli mükafatlandırma mərasimi ənənəyə görə, bu il də məşhur Kovent Qarden opera teatrında keçirilib. Artıq 68 ildir ki, Kino və Televiziya Sənətləri Akademiyasının Britaniya Şurası ən yaxşı aktyorları, rejissorları, ssenaristləri seçir və ekranda nağıllar yaradanları mükafatlandırır.

Əslində biz bu ilki "Qızıl maska" laureatları ilə çoxdan tanışıq. "Qızıl qlobus"-un əsas namizədləri bəlli olandan sonra onların bəzilərinin digər mükafatlara da layiq görüləcəyi güman edilirdi. Belə ki, bu gün ən yaxşı aktrisa kimi Culiana Mur, filmlər arasında isə "Berdmen" filmi liderlik edir. Bu proqnoz yanlış olmadı. Belə ki, Culiana Mur yenidən BAFTA-nın "Qızıl Maska" heykəlinə layiq görüldü.

Qırmızı xalı üzərinə çıxan cazibədar aktrisalar hər zamankı kimi şıqlıq yarışı nümayiş etdiriblər. Gecədə Monika Belluçinin incə şıqlığı xüsusi diqqət çəkib. Tabloid.az gecənin ən şıq xanımlarını təqdim edir:

Oxumağa davam et
Reklam
Reklam

Gündəm