Tabloid.az
Aygün Kazımova seyid nəslindəndir
Xalq artisti Aygün Kazımova haqqında maraqlı faktlar ortaya çıxıb. Tabloid.az-ın məlumtına görə, ötən gün ANS telekanalında yayımlanan "A-dan Z-yə" adlı şou proqramın qonağı olan sənətçi barədə verilişin yaradıcı heyəti araşdırma apararaq xalq artistini 20 il sonra müəlliməsi ilə görüşdürüb.
Aygün Kazımovanın orta məktəb müəlliməsi Elmira Heydərqızı müğənnini unutqanlıqda qınayıb.
"Aygün məni yada salmır, yanıma gəlmir. Hamı məndən soruşur ki, hanı Aygün? Darıxıram onun üçün, nigaranam. Hətta gecələr onunla yuxuda danışmışam. Həmişə verilişlər istəyirdilər ki, mən onun haqqında nə isə danışım, mən danışmamışam, amma indi sizə danışıram. Həsrətlə onu gözləyirəm. O, bilsin ki, həmişə onun arxasındayam və arxasında olacağam".
Studiyaya gələn Elmira Heydərqızını qucaqlayan və kövrələn A.Kazımova müəlliməsi haqqında bunları deyib:
"Elmira müəllimənin mənim üzərimdə çox əziyyəti olub. Əvvəl qardaşımın müəlliməsi olub, sonra mənim sinif rəhbərim oldu. O, təkcə mənim müəlliməm olmayıb, həm də mənə bir ana olub. Mənim üçün rus dilində gözəl mahnılar seçirdi. O, mənim nəzərimdə bütün müəllimlərin gözüdür, müəllimə deyəndə mənim ağlıma ilk olaraq Elmira xanım gəlir. Məni ilk dəfə efirə çıxaran da, elə ilk duet həmkarım da o olub".
Bundan əlavə olaraq qeyd edək ki, verilişin aparıcısı Zaur Nəbioğlu Kazımova ilə bağlı daha bir maraqlı fakt ortaya çıxarıb. Aparıcı ifaçının anası Fizzə xanımın seyid qızı olduğu bildirib. Müğənninin babasının dəfn olunduğu yer isə bu gün ziyarətgah, ocaqdır. Məlumatın doğru olduğunu deyən xalq artisti babasının dəfn olunduğu yerin Seyidlər kəndi olduğunu və bundan yalnız ona yaxın olan insanların xəbəri olmasını deyib:
"Elə məsələlər var ki, müzakirə etmək düzgün deyil. Bilənlər bilir, amma mən bu barədə danışmaq istəməzdim".
-
Cənubi Qafqaz16:39
Ukrayna deputatları Vardanyanı biabır etdilər - Nobel Komitəsinə müraciət
-
MDB15:56
Həbs olunan generalla bağlı şok iddia: Boşanması uydurma olub
-
İdman15:15
Həbsxanadan məktub yazdı: İki zabitin qarşısında soyunmalı oluram - FOTOLAR
-
Rəsmi xronika14:51
Azərbaycan Qırğızıstanla Anlaşma Memorandumu imzaladı
-
Hadisə14:06
Sabiq baş pediatr özünü güllələdi - TƏCİLİ
-
Rəsmi xronika14:05
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Yeniləndi
-
MDB13:33
Simonyanın İspaniyadakı çıxışı Rusiyanı qəzəbləndirdi: Senatorlara göstəriş verildi
-
Qoroskop13:25
Gecə 03:48-də başladı: mayın 10-a qədər... - Astroloqdan ŞOK XƏBƏRDARLIQ