Makiyajsız gözəl görünməyin üsulları
Bizi izləyin

Tabloid.az

Makiyajsız gözəl görünməyin üsulları

Makiyajsız gözəl görünməyin üsulları

Qadınların ən önəmli silahlarından biri olan makiyaj, müəyyən qüsürları örtmək və daha gözəl görünmək üçün istifadə olunan bir vasitədir. Lakin bu üsuldan çox istifadə olunduqda, dərimizdə geri dönməsi mümkün olmayan problemlər yarana bilir. Buna görə də vaxtaşırı makiyaj etməmək, dəriyə istirahət vermək lazımdır. Makiyajsız gözəl görünmək istəyirsinizsə aşağıdakılara diqqət etmək lazımdır.

Yuxunuza diqqət edin!

Normal yuxunu yatmaq çox önəmlidir. Yorğunluq insanın üzünün sallanmasına, gözlərin solğun görünməsinə səbəb olur. Buna görə də yuxusuz qalmamağa çalışın.
Makiyajsız gözəl görünmə sirləri

Üzünüzü soyuq su ilə yuyun!

Üzü soyuq su ilə yumaq dərinin canlanmasına səbəb olur. Soyuq su eyni zamanda üzədə olan yorğunluğu da aradan qaldırır.

Dərinizi nəmləndirin!

Dərinizi hər zaman nəmləndirin, bu zaman dəri elastikliyini itirməyəcək və canlı görünəcək.

Bol su için!

Az su qəbul etdiyinizdə bədəndəki su-duz mübadiləsi pozulur. Bol su içmək çox önəmlidir.

Günəşdən qorunun!

Günəşdən qorunmaq dərinin cavan qalması üçün çox önəmlidir, ən az 15 SPF faktorlu günəş kremlərindən istifadə edin.

Qaşlarınızı unutmayın!

Qaşlarımız üzümüzün gözəl görünməsində çox önəmli rol oynayır. Onların dağınıq olması gözlərin, göz dərisinin və dodaqların görünüşünə təsir edir. Qaşlarınızı həmişə səliqədə saxlayın.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm