Türkiyə gözəli eşq iddialarından danışdı – Fotolar
Bizi izləyin

Tabloid.az

Türkiyə gözəli eşq iddialarından danışdı – Fotolar

Türkiyə gözəli Aminə Gülşə seriala çəkilir

Türkiyə gözəli Aminə Gülşə seriala çəkilir. Gözəl modelin tərəf müqabili məşhur aktyor Tolqahan Sayışmandır. Fevralın 13-də “Show TV”də yayımlanacaq “Əsla vaz keçmərəm” adlı serialın təkcə ilk bölümü 2 milyon lirəyə başa gəlib.

Serialın çəkildiyi lüks malikanənin kirayəsi üçün 4 aya 480 min lirə, çəkilişlərdə istifadə edilən maşın və yaxtaların kirayəsi üçün isə 500 min lirə ödənilib. Sponsor və prodüser Aminə Gülşe üçün də hər şəraiti yaradıblar. İsveçdə doğulub böyüdüyü üçün türkcə yaxşı danışa bilməyən modelə dil və aktrisalıq kursları təşkil edilib, özəl müəllimlər tutulub.

Modelin ailəsi xaricdə yaşadığı üçün onun anası ilə birgə qala biləcəyi lüks bir mənzil də kirayə edilib. Bütün bu imkanları yaradan “Gold” şirkəti Aminə Gülşe ilə 3 seriallıq müqavilə imzalayıb.

Onu da qeyd edək ki, serial hələ yayımlanmadan səs-küy yaradıb. Aminənin tərəf müqabili Tolqahanla eşq yaşadıqları iddia edilib.

Gözəl model iddialara belə cavab verib:

"Aramızdakı elektrik heç kimin gözündən yayınmır. Çox yaxşı anlaşırıq. Bu ekranda da öz əksini tapacaq. Ancaq eşq yaşamırıq”.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm