Yataq otağınızı bürcünüzə uyğun bəzəyin! – Fotolar
Bizi izləyin

Tabloid.az

Yataq otağınızı bürcünüzə uyğun bəzəyin! – Fotolar

Mütəxəssislər belə məsləhət görür ki, daha rahat yuxu və sağlam həyat üçün bu, vacibdir

Yataq otağını, adətən, ilin trendlərinə görə dekorasiya edirik. Ancaq mütəxəssislər daha rahat yuxu və sağlam həyat üçün hər kəsə yataq otağını öz bürcünə uyğun bəzəməyi məsləhət görürlər.

Bəs, hansı bürc otağını necə dekorasiya etməlidir?

Tabloid.az bürclərə uyğun yataq otağı dekorasiyalarını bir araya toplayıb. Həmin nümunələri təqdim edirik:

Qoç

Qırmızı rəng və tonları Qoç bürcünü cəlb edir. Təzadları sevirsiniz, elə buna görə də evinizdə köhnə əşyalarla yanaşı müasir əşya və aksessuarlar da var. Taxta əşyalar özünüzü daha rahat hiss etməyinizə səbəb ola bilər. Parçalarda isə sadə naxışlara və bir rəngdən istifadəyə üstünlük verməlisiniz. Yataq otaqları rahat olmalıdır. Böyük bir kreslo, böyük yastıqlar qoçların çox xoşuna gəlir.

Buğa

Bürcünüz torpaq elementidir. Ona görə də açıq rəngli mebelləri seçməlisiniz. Krem və ya açıq mavi tonlarında olan mebellər sizin üçün idealdır. Mis və bürünc əşyalar buğa bürcünün gözəlliklərə və lüks əşyalara olan düşkünlüyünün əlamətidir. Xüsusilə, çiçək və yarpaq naxışlarından xoşunuz gəlir. Həmçinin, otaqda çox əşya olmamalı, təmizliyi asan olmalıdır.

Bu bürcün insanları torpaq tonları ilə yanaşı, gülqurusu və çəhrayı rəngə də düşkündürlər.

Əkizlər

Əkizlərin otağı işıqlı olmalı, tez-tez havası dəyişilməlidir. Rənglərin bir-birinə uyğun olması sizin üçün çox önəmlidir. Boz və qarışıq rəngli döşəmələr xoşunuza gəlir. Təbiiliyi sevirsiniz. Açıq mavi, ya da sarı rəng də sizin zövqünüzə uyğundur. Müasir əşyalara və elektrik cihazlarına çox yer ayırırsınız. Böyük, geniş pəncərələr otağınıza daha çox işığın daxil olmasına imkan verəcək, mebellə otağı doldurmağı xoşlamırsınız. Az əşyalı, geniş otaq sizin üçün daha uyğundur. Yataq otağında demək olar ki, bəzək əşyası saxlamazsınız. Divarın rəngləri ağ və ya bej çalarlarında olmalıdır. Açıq sarı çalarları, yaşıl və mavi tonlar da sizə uyğundur.

Xərçəng

Sizin üçün hüzur və rahatlıq çox önəmlidir. Siz qərarlı və yaradıcısınız. Ağ, gümüşü rəngli mebellər sizin üçün idealdır. Mebellər yumşaq olmalı və zərif görünməlidir. Yataq otağında dəniz və ya okean qoxusu bəxş edən mumlardan istifadə etsəniz, yuxuya daha tez gedəcəksiniz. Divarları ağ və ya sarı rəngə boyaya bilərsiniz.

Şir

Dəbdəbəli bir tərziniz var. Böyük və dəbdəbəli eviniz olmasını istəyirsiniz. Sarının bütün çalarlarındakı mebellər sizi cəlb edir. Qızıl aksesuarlar, retro stilindəki kreslolar, ehtişamlı mebellər sizə özünüzü kral və ya kraliça kimi hiss etdirir. Sizin üçün otağın rahat olması əhəmiyyət kəsb etmir, əsas odur ki, bahalı əşyalarla dolu olsun. Zərif aksessuarlar, bahalı parça və ya xalçalar, sözün qısası, ehtişamlı görünən hər şeyin həyatınızda böyük bir yeri var. Yataq otağını şamlarla, ipək yastıqlarla və aynalarla bəzəməyi xoşlayırsınız. Divarları narıncı və ya sarı rəngə boyada bilərsiniz.

Qız

Boz rəngli döşəmə, qızılı və gümüşü aksessuarlar sizin zövqünüzə uyğundur. Detallara çox əhəmiyyət verirsiniz. Retro tərzi əks etdirən aksessuarlar, şüşə qablar çox xoşunuza gəlir. Yataq otağında ən çox açıq mavi, krem, bej və ağ rənglərdən istifadə etməyi xoşlayırsınız.

Tərəzi

Sakitlik sizin üçün çox önəmlidir. Yaşıl, mavi və sarı tonlarında olan mebellər zövqünüzə uyğundur.

Mis və gümüşdən hazırlanmış aksessuarları dekorasiyada istifadə etməyi xoşlayırsınız. Alçaq və rahat kreslolardan imtina edə bilməzsiniz.

Əqrəb

Qırmızını və qırmızının bütün çalarlarını xoşlayırsınız. Əcaib olan hər şey diqqətinizi çəkir. Buna rəsm əsərləri və heykəllər də daxildir. İpək parçaları çox xoşlayırsınız. Tünd rəngli pərdələr və onlara uyğun aksessuarlar yataq otağınızı sizin əsl məbədinizə çevirəcək. Qara rəng də sizin vazkeçilməzləriniz arasındadır.

Oxatan

Fərqli olmağı sevirsiniz və bunu yataq otağınızda da əks etdirmək istəyirsiniz. Mərmər qablar, zərif kreslolar sizin ev stilinizi əks etdirir. Bənövşəyi rəngli aksessuarlar, yastıqlar çox xoşunuza gəlir. Ən yeni televiziya modeli, DVD, həmçinin dini simvollar yataq otağında mütləq yer alır.

Oğlaq

Oğlaqlar tünd rəngli mebəlləri bəyənirlər. Otağı əşyalarla doldurmağı sevirlər. Klassik saatlar, qum saatı kimi qeyri-adi aksessuarlar, müasir mebellər onların zövqünü oxşayır. Evinizdən tarix və mədəniyyət qoxusu gəlməlidir. Daş, taxta və dəri kimi təbii materiallardan əldə edilmiş əşyaları xoşlayırlar. Onların yataq otağı qara, boz və qəhvəyi rəngə boyanır.

Sutökən

Xaraktercə üsyankarsınız. Bu yataq otağında da öz əksini tapır. Tünd göy, mavi kimi rənglərə otağınızda mütləq yer verirsiniz. Sürrealist mebel və bəzək-düzək əşyaları zövqünüzü oxşayır.

Balıq

Özünüzü daha dinc və xoşbəxt hiss edə biləcəyiniz yataq otağı sizin üçün böyük əhəmiyyət kəsb edir. Romantik tərzdə olan əşyalar və aksessuarlar sizə daha uyğundur. Yatağın böyük, yumşaq və rahat olmasına diqqət yetirirsiniz. Yataq otağının divarında yaşıl, mavi və sarı rəngi görməyi xoşlayırsınız.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm