Elza Seyidcahanın deməyə utandığı şeiri - Eksklüziv
Bizi izləyin

Tabloid.az

Elza Seyidcahanın deməyə utandığı şeiri - Eksklüziv

Bu şeirdə ehtiras və duyğu ifadə olunub

Ötən həftə "İlin şairəsi" mükafatına layiq görülən əməkdar artist Elza Seyidcahan Tabloid.az-a indiyədək səslənməmiş eksklüziv şeirini təqdim edib. O, ehtiras və duyğu ifadə edən şeirini oxumağa utanıb: "Kimi pislikdən, dedi-qodudan, xainlikdən, düşmənçilikdən, paxıllıqdan, ara vuranlıqdan, şəbədədən, rişğəntdən, istehzadan, təkəbbürdən mənəm-mənəmdən zövq alır. Türk qardaşlarımız demiş, maləsəf... Nə olar biz də eşqdən zövq alaq. Eşq səni yaşadarsa, eşq olsun o eşqə!".

Tabloid.az Elza Seyidcahanın yeni şeirini təqdim edir.

Zövq!

Dərd var, dərd var,

Qəm var, qəm var,

Zövq var, zövq var...

Aldıqca alasan

Çəkəsən nazın zövqün...

Səni özlədim,

Səni gözlədim, səni...?!

Səni öpmək istədim... Səni...?!

İstədim... Lap istədim

İstədim ki, sən gələsən,

Sənsizliyimi görəsən,

Görəsən ki, nələr çəkmiş bu vəfalın ?!

Mən xoşbəxtəm...

Çəkdiyimdən zövq alıram....

Zövq...

Zövq....

Oxumağa davam et
Reklam
Reklam

Gündəm