Qaraciyərin şəfalı tərəvəzi
Bizi izləyin

Tabloid.az

Qaraciyərin şəfalı tərəvəzi

Tabloid.az ənginarın qaraciyərə olan faydalarını təqdim edir

Onu "qaraciyərin şəfalı tərəvəzi" adlandırırlar. Söhbət "Əkin ənginarı", "əkin artişoku", "tikanlı ənginar" kimi adlarla tanınan ənginar cinsinə aid bitki növündən gedir. Çoxillik olan bu bitki göy və yaşıl rənglərdə olur. Onun 2 m-ə qədər hündürlükdə yerüstü gövdəsi var. Çiçəkləri qırmızı və ya bənövşəyidir, meyvəsi qutucuqdan ibarətdir. Bitki iyul ayında çiçəkləyir, avqustda isə meyvə verir. Ənginar Lerik və Şamaxı rayonlarında becərilir. Abşeronda da becərilməsi yaxşı nəticə verir.

Ənginarın faydalarını saymaqla bitmir. Xüsusilə, qaraciyər xəstələri üçün ənginar əsl şəfa mənbəyidir. Araşdırma zamanı ənginarın A və C vitaminləri ilə zəngin olduğu, qaraciyəri qoruduğu və bu orqanla bağlı xəstəliklərin müalicəsinə kömək etdiyi meydana çıxıb. Ənginar bitkisi qaraciyərdən başqa böyrəklərin də yaxşı işləməsinə kömək edir. Tabloid.az ənginarın qaraciyərə olan faydalarını təqdim edir:

Ənginarın tərkibindəki "cynarin" adlanan maddəsi qaraciyər və öd kisəsində toplanan nikotin, alkoqol və yağın orqanizmdən atılmasını təmin edir. Bədəndəki amonyak və xolesterini azaldır, cinsi gücü artırır, hərarəti salır, bədəni qüvvətləndirir və iştah gətirir. Sarılıq və revmatizm xəstəliklərinə çox faydalıdır. Tər qoxusunu aradan qaldırır. Temperaturu aşağı salır, iştahı artırır.

Ənginar qaraciyərin müalicəsində istifadə olunan təbii vasitələrdən biridir. O, qaraciyəri nəinki qoruyur, hətta xəstəliklərinin daha tez sağalmasını təmin edir. Ənginar eyni zamanda böyrək və bağırsaqların işləməsini təmin edir. Hətta böyrəkdə olan daşların düşməsinə yardım edir. Həzmi asanlaşdırır. Sidikqovucudur. Qandakı şəkər nisbətini nizamlayır, xolestererini aşağı salır. Bədənin müqavimətini gücləndirir, zehni yorğunluğu aradan qaldırır. Qadınlarda döş vəzi, uşaqlıq ağzı, kişilərdə prostat xərçənginin qarşısını almaqda köməkçi vasitədir.

Ənginar ürəyi və damar sağlamlığını qorumaqda da təsirlidir.

Hüceyrələrin erkən ölməsinin qarşısını alaraq yaşlanmanı ləngidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm