Tabloid.az
Kirəcləşən ütünün təmizlənməsinin rahat üsulu
Ütünün altının kirəcləşməsi zamanla onu istifadəyə yararsız edir. Ütünün altında yığılan kir paltarları korlayır. Ütünün uzun ömürlü olması və paltarlarınızın ütü altındakı kirlərə məruz qalmaması üçün ütü mütəmadi olaraq təmizlənməlidir.
Ütünün altını nəsə yapışıbsa, conu cərayana taxıb ən yüksək temperaturda işlədin. Qızdıqdan sonra ütünü söndürün və altını qalın kağıza sürtün.
Ütünün altındakı deşiklərinə kirəc yığılıbsa, ağ sirkə ilə isladılmış yumşaq bir bezlə bu hissəni silin. Bu üsul yetərli olmasa, sirkəyə karbonat əlavə edin.
Kirəcləşməni təmizləmək üçün sirkə suyu da istifadə edilə bilər. Ütünün altını sirkə suyu damlatdığınız yumşaq bezlə silin.
Ütünün altındakı deşikləri qulaq çöpü, ya da diş çöpü ilə təmizləyin. Qulaq çöpünü sirkəli suyun içinə salıb sonra ütünün altını silin.
Ütünün su qabı kirəcləşibsə, içinə suyla birlikdə yenə də bir qədər sirkə əlavə edin. Ütünü yüksək temperaturda işlədin və buxarlanmasını gözləyin. Sonra eyni prosesi sirkəsiz su ilə təkrar edin.
Qeyd: Ütünün kirəcləşməsinin qarşısını almaq üçün içməli su və ya qaynadılmış su istifadə etmək lazımdır.
Ütüylə işiniz bitdiyində su qabını boşaldın. Ütünün içinin kirəcləşməsinin qarşısını almaq üçün bu, ən təsirli üsuldur.
Ütü altı üçün xüsusi istehsal edilmiş teflon altlıqlar da istifadə etmək olar. Bu üsullar ütünün uzun ömürlü olmasını təmin edəcək.
-
Sosial17:00
Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi başlandı - Yeniləndi
-
Cənubi Qafqaz16:39
Ukrayna deputatları Vardanyanı biabır etdilər - Nobel Komitəsinə müraciət
-
MDB15:56
Həbs olunan generalla bağlı şok iddia: Boşanması uydurma olub
-
İdman15:15
Həbsxanadan məktub yazdı: İki zabitin qarşısında soyunmalı oluram - FOTOLAR
-
Rəsmi xronika14:51
Azərbaycan Qırğızıstanla Anlaşma Memorandumu imzaladı
-
Hadisə14:06
Sabiq baş pediatr özünü güllələdi - TƏCİLİ
-
Rəsmi xronika14:05
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Yeniləndi
-
MDB13:33
Simonyanın İspaniyadakı çıxışı Rusiyanı qəzəbləndirdi: Senatorlara göstəriş verildi