Günay İbrahimlinin neçə yaşı oldu? - Fotolar
Bizi izləyin

Tabloid.az

Günay İbrahimlinin neçə yaşı oldu? - Fotolar

Qeyd edək ki, Günay İbrahimli 10 fevral 1991-ci il təvəllüddür.

Bu gün gənc və sevilən müğənni Günay İbrahimlinin doğum günüdür. Gecə saat 12-ni keçəndən sonra sosial şəbəkələr Günayın şəkili ilə bəzənməyə başladı. Müğənninin sənət dostları və dinləyiciləri dünən gecədən sənətçini təbrik edirlər.

Tabloid.az-ın əldə etdiyi məlumata görə, müğənni doğum gününü bu gün qeyd etməyəcək. Sabah isə Günay İbrahimli paytaxtın elit məkanlarından birində özünə təmtəraqlı doğum günü şənliyi təşkil edəcək. İfaçının ad günündə əksər sənət dostları ilə yanaşı qohumları və media nümayəndələri də iştirak edəcək.

Gecə isə müğənninin dostları ona sürpriz edib ad gününü təbrik ediblər. Elə ilk hədiyyəsini də müğənniyə dostları təqdim edib.

Qeyd edək ki, Günay İbrahimli 10 fevral 1991-ci il təvəllüddür.

Tabloid.az kollektivi adından Günay İbrahimlini təbrik edirik.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm