Sevinc Ağaşirinova qəza keçirib - Video
Bizi izləyin

Tabloid.az

Sevinc Ağaşirinova qəza keçirib - Video

Tabloid.az-a açıqlama verən müğənni hadisədən şok yaşadığını bildirib

Gənc müğənni Sevinc Ağaşirovanın başına iş gəlib. Klip çəkilişi zamanı müğənni qəza keçirib.

Müğənni Sevinc Ağaşirinova “Buyur yanımda əyləş” mahnısının klip çəkilişi üçün Gürcüstana yollanıb. Klip çəkilişi Gürcüstanın Bakuryani dağlıq qarlı ərazisində lentə alınıb. Ssenariyə uyğun olaraq müğənni tərəf müqabilinin gucağında getməli imiş. Bu ərəfədə isə müğənninin tərəf müqabilinin ayağı sürüşüb və müğənni yerə çırpılıb.

Tabloid.az-a açıqlama verən müğənni hadisədən şok yaşadığını bildirib.

“Yıxılarkən dünya gözümə qaraldı. Elə bildim onurğam sındı. Dedim ki, artıq ayağa qalxa bilməyəcəyəm. Belim çox pis əzilib. Hadisə yerinə dərhal həkim gəldi. Amma şükür ki, elə də ciddi xəsarət almamışam”.

Müğənni onu da əlavə etdi ki, hazırda özünü yaxşı hiss edir.

Qeyd edək ki, klipin rejissoru Zamiq İbrahimovdur.

“Buyur yanımda əyləş” mahnısının musiqisi Əhməd Mustafayevə, sözləri isə Samir Quliyevə aiddir.

Klip yaxın günlərdə təqdim olunacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm