Kök göstərən geyim xətaları - Fotolar
Bizi izləyin

Tabloid.az

Kök göstərən geyim xətaları - Fotolar

Kök görünməmək üçün bu məsləhətləri yadda saxlayın!

Bəzi paltarları bəyənərək alsanız belə onlar sizi olduğunuzdan daha kök göstərə bilərlər. Ona görə paltarın sadəcə xoşunuza gəlməsi onu almaq üçün kifayət etməməlidir. Tabloid.az-ın dəb yazarı tövsiyə edir ki, kök görünməmək üçün bu məsləhətləri yadda saxlayın!

1.Dar geyimlər fiquranızı ortaya çıxardığı üçün sizi daha seksual göstərə bilər. Ancaq həddindən artıq dar geyindikdə paltar bədəninizin bəzi bölgələrini sıxıb gözəl görkəmi poza bilər.

Ona görə də artıq kilonuza diqqətçəkən dar geyimlərdən uzaq durun.

2. Kişi geyimlərini xatırladan paltarlar geyinmək son illər dəbə minib. Ancaq kişi stilinə uyğun şalvarlar və digər geyimlər sizi olduğunuzdan kök göstərə bilər. Əgər ideal kiloda deyilsinizsə, bu tərzə meyil etməyin.

3.Kök görünməmək üçün alt paltarlarını da doğru seçmək lazımdır. Xüsusilə də büstqalterinizin bədən ölçünüzə uyğun olmasına diqqət edin. Yoxsa ortaya xoş olmayan görüntü çıxa bilər.

4. Bol kəsimli donlar sizi olduğunudan daha kök göstərə bilər. Ona görə də enli don alsanız belə, heç olmasa belinizə mütləq kəmər taxın.

5.İki bol kəsimli paltarı bir arada geyinməyin. Məsələn, şalvarınız bol kəsimlidirsə, koftanızın dar olmasına diqqət edin və ya əksinə. Qısası bol kəsimli paltarları kombinə etməyin. Bu sizə ən az 10 kilo əlavə edəcək.

6. İri naxışlar sizi daha kök göstərəcək. Ona görə də naxışsız və ya xırda naxışlar olan geyimlər seçin.

7. Əgər dar don və ya şalvar, kofta geyinmisinizsə, üzərinə geyindiyiniz jaket və ya jiletin bol kəsimli olmasına diqqət edin.

8. Qat-qat geyinmək ən arıq insanı belə kök göstərir. Bu tip geyinmək sizi həm də daha qısa boylu göstərə bilər. Ona görə də qat-qat geyinməyi ağlınızın ucundan belə keçirməyin.

9. Ətəklərinizin çox uzun və ya çox qısa olmamasına çalışın. Əgər kilonuzdan razı deyilsinizsə, dizdə bitən ətəklərə üstünlük verin.

10. Əgər ayaqlarınızın kök və qalındırsa, hündürdaban ayaqqabı modeli seçərkən diqqətli olun. Zərif və uzun görünmək istəyirsinizsə, ayaqqabının dabanlarının incə olmasına diqqət edin.

Həmçinin, qladyator adı verilən ayaqqabı modellərindən uzaq durun.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm