Ramiz Novruz: “Həyat yoldaşımın ailəsi artist olmağımı istəmirdi”
Bizi izləyin

Tabloid.az

Ramiz Novruz: “Həyat yoldaşımın ailəsi artist olmağımı istəmirdi”

"Ailə qurduğum xanımın ailəsinin maddi cəhəti bizim ailədən yuxarı idi"

Azərbaycanın xalq artisti, aktyor Ramiz Novruz şəxsi həyatının bir sıra maraqlı məqamlarını açıqlayıb. Tabloid.az xəbər verir ki, bu haqda aktyor ATV telekanalına məlumat verib.

“Özüm Biləsuvar rayonundan idim. Ailə qurduğum xanımın ailəsinin maddi cəhəti bizim ailədən yuxarı idi. Mən İncəsənət universitetində oxuyanda qıza vurulmuşdum. Qızın ailəsi də onu mənə vermək istəmirdi. Deyirdilər ki, “artistçi”liyi atsın. Getsin ayrı sənətə yiyələnsin. Mən də qəti şəkildə buna razı olmadım. Xanımımla isə orta məktəbdə bir yerdə oxumuşuq. O, məndən 2 sinif kiçik olub. Tədbirlərin birində onu gördüm. Gözləri də göy idi. Mahnı oxuyurdu səhnədə. O vaxtdan həm səsinə, həm də gözlərinə aşiq oldum. Dedim ki, mən bu səsi həmişə eşitmək istəyirəm. Sonra mən Bakıya köçdüm. Onların ailəsi isə Biləsuvarda idi. Əlimi artıq üzmüşdüm. Təsadüfən qızla Bakıda rastlaşdıq”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm