İntiqam:“Ehtiram mənim paltarımı geyinib”
Bizi izləyin

Tabloid.az

İntiqam:“Ehtiram mənim paltarımı geyinib”

“Davay do svidaniya” meyxanası ilə Zaqafqaziya ölkələrinə səs salmağı bacaran Ehtiram və İntiqam qardaşları kasıb vaxtlarından danışıblar.

“Davay do svidaniya” meyxanası ilə Zaqafqaziya ölkələrinə səs salmağı bacaran Ehtiram və İntiqam qardaşları kasıb vaxtlarından danışıblar. Tabloid.az xəbər verir ki, bu barədə meyxanaçılar “Kişilər evdə olmayanda” proqramına açıqlama veriblər.

“Biz Sumqayıt şəhərindəki 34 nömrəli məktəbdə oxumuşuq. Sinif yoldaşlarım dərsdən qaçanda mən qaça bilmirdim ki, İntiqam məni görəcəkdi”, - deyə Ehtiram bildirib.

İntiqam isə qardaşı ilə arasında yaş fərqindən danışaraq, kasıbçılığına toxunub.

“Ehtiramla aramızda yaş fərqi çoxdur. O, maşınla oynayanda mən maşın sürürdüm. 8 yaş aramızda fərq var. Ehtiram mənim paltarlarımı geyinib. Biz kasıbçılıqla böyümüşük. O vaxt 2 cür kolbasa var idi. Çörək üçün növbəyə dururduq. İndi şükür hər şey var”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm