Aygün Kazımova və Röya yenidən üz-üzə gəldi
Bizi izləyin

Tabloid.az

Aygün Kazımova və Röya yenidən üz-üzə gəldi

Bu dəfə konsert vermək üçün

Azərbaycanın xalq artisti Aygün Kazımova və müğənni Röya martın 8-də konsert verəcək. Beynəlxalq Qadınlar Günü münasibəti ilə keçirilən solo konsert eyni gündə olsa da, ayrı-ayrı məkanlarda baş tutacaq.

İki məşhur simanın eyni gündə konsertinin təşkili şou biznes aləmində marağa səbəb olub. Belə ki, şou-biznesin yazılmamış qanunlarına görə, bilet satışı ilə əlaqədar olaraq, məşhur müğənnilərin eyni gündə konserti təşkil olunmur.

Ötən həftə xalq artisti Aygün Kazımova Qəbələdə Heydər Əliyev adına Konqres Zalında solo konsert ilə çıxış edəcəyi xəbərindən sonra, ötən gün aparıcı Cavid Gül “Kimdir nömrə 1” şousunda müğənni Röyanın da məhz həmin gün konsert verəcəyini deyib.
Daha bir diqqətçəkən məqam isə hər iki ifaçının səhnəni kişi həmkarı ilə bölüşəcəyi olub. Belə ki, Aygün Kazımovanın konsertində səhnəyə müğənni Elton Hüseyinəliyev, Röyanın konsertində isə səhnəyə türkiyəli müğənni Soner Sarıkabadayı çıxacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm