Qanazlığı və xolesterinə qarşı ən təsirli qida
Bizi izləyin

Tabloid.az

Qanazlığı və xolesterinə qarşı ən təsirli qida

Həftədə iki dəfə mütləq ondan yemək lazımdır

Mütəxəssislər qanazlığı və yüksək xolesterindən əziyyət çəkənlərə dəmirlə zəngin olan qidalar yeməyi məsləhət görürlər.

Qırmızı ət zülal və dəmir baxımından zəngin olduğu üçün həftədə heç olmasa, 2 dəfə qida rasionuna daxil etmək lazımdır. Ancaq qırmızı əti ağ ət çeşidləri ilə də əvəz etmək olar. Çünki mütəmadi olaraq eyni ət növü yemək də sağlam qidalanmaq sayılmır.

Həkimlər bildirirlər ki, mal və toyuq əti qida rasionumuzda üstünlük təşkil etsə də, hindquşu əti bir çox ailənin mətbəxinə ildə 1-2 dəfə daxil olur. Halbuki hind toyuğunun əti sağlamlıq üçün çox faydalıdır. Belə ki, hindquşu əti xolesterinin səviyyəsini aşağı salır. Qanazlığı probleminin həllində müsbət təsirə malikdir. Bu heyvanın əti digər ət çeşidlərindən dəmir mineralının çoxluğu ilə fərqlənir. Diyetoloqlar da daha sağlam olmaq üçün həftədə iki dəfə hindquşu əti yeməyi tövsiyə edirlər.

Üstəlik, əti keyfiyyətli şəkildə qəbul etmək üçün sobada bişirmək tövsiyə edilir. Hindquşunun əti normal ətdən daha sərt olduğu üçün onu daha çox bişirmək lazımdır. Həmçinin, həzmi yaxşılaşdırmaq üçün hindquşu yeməyinin yanında mütləq içərisində yaşılyarpaqlı bitkilərin üstünlük təşkil etdiyi salat olmalıdır.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm