Boyun ağrısından xilas olmağın 6 yolu
Bizi izləyin

Tabloid.az

Boyun ağrısından xilas olmağın 6 yolu

Boyun ağrısından xilas olmağın 6 yolu

Stress insan orqanizmində bir çox problemə yol açır. Boyun tutulması da həmin problemlər sarasındadır. Kəskin baş ağrılarının yaranma səbəbi olan boyun ağrısını necə azaltmaq olar?

Tabloid.az boyun ağrısından xilas olmağın 6 yolunu təqdim edir:

  • İsti su torbasını və ya istilik kisələrini boynumuza tutaraq bu bölgədəki əzələlərin yumşalmasını təmin edə bilərik.
  • Həyat yoldaşınızdan, ya da evdəkilərdən boyundan başa doğru irəliləyən əzələləri masaj etməsini xahiş edin.
  • Başınızı saat istiqamətində 7-8 dəfə döndərmək boyundakı əzələlərin işini və yaxşılaşmasını təmin edir. Masa başında çalışarkən gündə 2-3 dəfə bu hərəkətləri təkrar edin və boyun əzələlərini gücləndirin.
  • Çiyinləri önə və arxaya doğru dairəvi hərəkətlərlə işlətmək də boyun ağrısından xilas olmağınıza kömək edir.
  • Boyun ağrısından xilas olmaq üçün stressdən uzaq durun. Bu üsul, ən təsirli yollardan biridir. Dərindən nəfəs alın, nəfəsinizi bir neçə saniyə saxlayın və sonra yavaşca verin. Dərindən nəfəs almaq və nəfəs məşqləri stressi azaldır.
  • Plitka şokoladın tərkibindəki bəzi birləşmələr qan dövranını sürətləndirir və yorğun əzələlərin özünə gəlməsini təmin edir. Bundan başqa, qaragilə, nar, balqabaq tumu, zəncəfil və gilas kimi yeməklərin də əzələ ağrısını azaltdığı məlumdur.
Oxumağa davam et
Reklam
Reklam

Gündəm