Mətanət Əsədova plastik əməliyyatından danışıb
Bizi izləyin

Tabloid.az

Mətanət Əsədova plastik əməliyyatından danışıb

Müğənni Mətanət Əsədova xanımların plastik əməliyyat etdirməyinin tərəfdarıdır.

Müğənni Mətanət Əsədova xanımların plastik əməliyyat etdirməyinin tərəfdarıdır. Tabloid.az xəbər verir ki, o, bu haqda “Gün üzü” verilişinə danışıb.

“Kişilərin plastik əməliyyat etdirmiş xanımlardan çox xoşu gəlir. Öz xanımlarını bərbad vəziyyətdə görüb, başqa xanımı gözü ilə yeyəndə yaxşıdır? Ondansa öz xanımını əməliyyat etdir və həzz ilə ona bax da. Burda nə var ki? Mənim qanım azdır və narkozdan çox qorxuram. Buna görə bircə burnumu əməliyyat etdirmişəm, bu da xoşuma gəlmir. Qismət olsa, onu yenə də əməliyyat etdirərəm. Heyif ki, qanım azdır. Məni dəfələrlə əməliyyat masasından düşürdüblər. Amma sosial şəbəkələdə dalımca min söz danışırlar. Hər yerimin əməliyyat olunduğunu yazırlar. Bunlar vecimə deyil. Sağlamlığım yol versə, mən bir həftədən bir plastik əməliyyat etdirərəm”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm