Validə Abbasova: “O adi seks deyildi”
Bizi izləyin

Tabloid.az

Validə Abbasova: “O adi seks deyildi”

Filmi izləyən Abbasova kinoteatrda nümayiş olunan filmdən qısa video fraqmentlər də paylaşıb.

İsveçrədə yaşayan azərbaycanlı model “Miss Millenium” Validə Abbasova bu gecə dünya üzrə premyerası keçirilən və çoxdan gözlənilən “Bozun 50 çaları” filmini sevgilisi ilə izləyib. Validə Abbasova sosial şəbəkədə kinoteatrda nümayiş olunan filmdən qısa video fraqmentlər də paylaşıb.

“Miss Millenium”un filmi izlədiyindən xəbər tutan sosial şəbəkə istifadəçiləri onu sual atəşinə tutub və cazibədar model film haqqında fikirlərini sosial şəbəkədə bildirib.

“Heç kəs narahat olmasın, bu ,sadəcə filmdir. Filmi izləmək istəyən gedib baxsın və əylənsin. Çox müasir filmdir. Filmin baş qəhrəmanı çox realdır. Filmin baş qəhrəmanı Avropa və Amerikada geniş yayılmış tələbə tipajıdır, axmaq qız deyil, sadəcə, sadəlövh və bir qədər məsumdur. Amma eksperementlərə hazırdır. Klubda dostları ilə deyil, özünün arzuladığı çox zəngin iş adamı ilə. Bu da müasir avropalı qız üçün normaldır. Həmin milyonçu bəy də işin stressini və yorğunluğunu sekslə məşğul olaraq çıxardır. O adi seks deyildi, sado-mazo elemetləri ilə olan fetişizmdir. Ticarətdə olduğu kimi seksdə də onun bir qanunu var: sərt şəkildə dominantlıq, hökm etmək, onun nə romantikası var, nə də sentimentallığı var. Lakin sonda o, hissləri qarşısında sınır və hisslərə tabe olur”.

Əlavə edək ki, Validə Abbasovanın filmdə ən çox bəyəndiyi baş qəhrəmanın evinin dizaynı olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm