Hollivud ulduzları niyə qapalı geyinməyə başlayıblar? – Fotolar
Bizi izləyin

Tabloid.az

Hollivud ulduzları niyə qapalı geyinməyə başlayıblar? – Fotolar

Son zamanlar dünya ulduzlarının qapalı geyimlər seçdikləri heç kimin nəzərindən yayınmır

Son zamanlar dünya ulduzlarının qapalı geyimlər seçdikləri heç kimin nəzərindən yayınmır. Maraqlısı odur ki, sadəcə bədənindəki qüsurları gizləmək istəyənlər deyil, Rita Ora kimi ideal bədənə sahib olan ulduzlar da xüsusi dəvətlərə qapalı geyimlərdə gəlirlər. Məsələn, “Qremmi” mükafatlarının təqdim edildiyi gecədə də bir çox dünya ulduzu demək olar ki, heç bir dekoltesi olmayan ziyafət libaslarına üstünlük vermişdilər.

Bəlkə də bu bir çoxlarının yarıçılpaq gəldiyi qırmızı xalıda daha çox diqqət çəkməyin yeni üsuludur. Ancaq artıq qapalı geyinməyin dəbə mindiyini də demək olar. Hətta moda mütəxəssisləri də gələcək bir neçə ildə qapalı geyimlərin dəbdə olacağını proqnozlaşdırırlar. Dəblə ayaqlaşmaq istəyən xanımlara qarderoblarına dekoltesiz, sadə, qapalı libaslar daxil etməlidirlər.

Tabloid.az açıq-saçıqlıqdan vaz keçən ulduzların fotolarını toplayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm