Tabloid.az
Vasif: “Səhər saat 6-dan bazarda piştaxta arxasında dururdum”
Müğənni Vasif Məhərrəmli həyatının gizli məqamlarından danışıb. Tabloid.az xəbər verir ki, müğənni illərlə bazarda satıcı işləməsi haqda "Xəzər" telekanalına açıqlama verib: "İnsanın işləmək həvəsi olmalıdır. 200 manat maaş alıb həvəslə işləmək mümkündür. 10 km. yol gedib, 10 km. yer qazar, təki pul qazansın. Mən 1990-95-ci illərdə konservatoriyada oxumuşam. O ərəfədə Türkiyəyə gedib-gəlirdim. Oradan mal alıb avtobusla gətirib burada satırdım. Burdan da ora aparırdım. 1996-97-ci illərdə Rusiyada yaşamışam. “Lujniki” adlanan stadionun ətrafında bazarda işləyirdim. Evinə, ailəsinə pul qazanıb gətirmək kişinin əsas vəzifəsidir. Özü də şərəfsizlik, ləyaqətsizlik etmədən qazanılan çörək. Ailə dolandrmaq üçün yer qazmaq, kanalizasiya da təmizləmək olar. Əsas odur, ailəni ayaqda tutasan. Mən ailəmi ayaqda saxlamaq üçün hər vasitəyə əl atmışam. Ancaq şərəfsizlik etməmişəm. Gecələri yatmırdım. Həyatım 360 dərəcə dəyişib. Vaxt var idi, Moskvada gecə 11-də yatıb gecə 3-də də yuxudan oyanırdım. Saat 5-də metro açılan kimi yola düşürdüm. Səhər saat 6-da isə artıq bazarda piştaxtanın arxasında dayanırdım. İndi isə gecə saat 3-də yatıram. Bax bu qədər mənim həyatım dəyişib. Keçmişimə baxanda qürur hissi keçirirəm. Ən azından Vasif Məhərrəmli olmuşam. Şükür bugünümə".
-
Rəsmi xronika16:13
Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq
-
Nida Xəbər 16:08
SON DƏQİQƏ: Qazaxın azad edilən kəndində bayrağımız qaldırıldı - VİDEO
-
Rəsmi xronika15:28
Biz buna həm də ölkəni təqdim etmək fürsəti kimi baxırıq - Prezident
-
Nida Xəbər 14:46
Göyçə yolu bağlandı: Basarkeçərin 10 kəndi qaytarılır?
-
Kriminal14:33
Azərbaycanda kişi arvadını qətlə yetirməsini lentə aldı - İNANILMAZ FAKTLAR
-
Hadisə14:03
Azərbaycanın Koreyadakı səfirinin ailəsində AĞIR İTKİ
-
Nida Xəbər 13:10
Paşinyan 5 saatlıq qapalı görüşdə 4 kəndlə bağlı nələr deyib?
-
Sosial12:57
Əhaliyə şad xəbər: bu evlər ucuzlaşacaq