Vüsalə həmkarlarına söz verdi
Bizi izləyin

Tabloid.az

Vüsalə həmkarlarına söz verdi

Vüsalə həmkarlarına söz verdi

Həzin səsi ilə xalq və bəstəkar mahnılarını özünəməxsus şəkildə ifa edən Vüsalə Rəcovanın yaxın günlərdə növbəti şeirlər kitabı təqdim ediləcək. Zamanla yazılıb, nəşrə hazır olan misralarda Vüsalə xanım duyğularını bölüşüb.

Sənətçinin bəzi şeirləri həm özünün, həm həmkarlarının nəğmələrində yer alıb. Yeni şəirlərdən bir neçəsi ilə tanış olan yaxın sənətçi dostları marağını gizlətməyib. Vüsalə xanım onlardan şeirlərini əsirgəməyəcəyini bildirdi.

Ötən həftələrdə konsert vədi verən Vüsalə xanımın artıq məşqlərə başladığını öyrəndik. Repertuarına həm klassik, həm bəstəkar mahnıları toplayan sənətçi çıxışının gələn aya gözlənildiyini diqqətə çatdırdı. Konsertlərin silsilə şəklində olacağını deyən V.Rəcovanın həm paytaxtda, həm də respublikadan kənarda səhnə alacağını öyrəndik.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm