29 yaşlı cazibədar model evlənməyə hazırlaşır - Fotolar
Bizi izləyin

Tabloid.az

29 yaşlı cazibədar model evlənməyə hazırlaşır - Fotolar

29 yaşlı cazibədar model evlənməyə hazırlaşır

29 yaşlı İsrailli model Bar Rafeli bir müddətdir ki, birlikdə olduğu iş adamı Adi Ezra ilə evlənməyə hazırlaşır. 2013-cü ildə ortaq dostlarının toyunda tanış olan cütlüyün yəhudi ənənələrinə uyğun toyla nikaha daxil olacaqları danışılır. Ancaq toyun tarixi hələ məlum deyil.

Tabloid.az xarici mətbuata istinadən xəbər verir ki, Rafaeli və 41 yaşlı Ezra sadə toy mərasimi keçirməyi düşünürlər. Toyda ancaq ailə üzvləri və yaxın dostları iştirak edəcəklər.

Cütlük evlənəcəklərini gizli saxlamaq istəsələr də, xəbər mətbuata yayılıb.

Qeyd edək ki, gözəl model Bar Rafaelin adı bir müddət əvvəl Mik Jagger ilə hallanırdı. Ezra bu barədə şayiələr çıxanda sevgilisi ilə mübahisə edib ayrılmışdı. Ancaq bütün bu şayiələr yalan çıxdı və Ezra ilə Rafaeli yenidən birlikdədir.

Xatırladaq ki, Bar Rafaeli Leonardo de Kaprio ilə bir müddət nişanlı olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm