Bakıya gələn məşhur aktyor: “Mən susacağam” - Fotolar
Bizi izləyin

Tabloid.az

Bakıya gələn məşhur aktyor: “Mən susacağam” - Fotolar

Bakıya gələn məşhur aktyor: “Mən susacağam” - Fotolar

Bu gwn məşhur türk aktyoru Murat Yıldırım “28 Cinema”da yeni çəkildiyi “Krımlı” filminin qala gecəsində iştirak edib. Teleqraf.com-un xəbərinə görə, aktyor filmin nümayişindən öncə mətbuat nümayəndələrinin suallarını cavablandırıb.

Bakıya ilk dəfə gəldiyi və çox bəyəndiyini bildirən aktyor tarixi məkanlara vurğunluğunu dilə gətirib: “Bakıya ilk dəfədir ki, gəlirəm, çox xoşuma gəldi. Tarixi bir şəhərimiz var. Parklarınız göz oxşayır. Burada sizin mətbəxiniz dolma, kabab yedim. Çox dadlı mətbəxiniz var”.

Filmdəki rolundan danışan aktyor ekran işini belə təsvir edib: “Bu, bir sevgi filmidir. Film müharibə vaxtı döyüşən türklərin həyatından bəhs edir. İnanıram ki, bu film Azərbaycan tamaşaçıları üçün də çox maraqlı olacaq. Mən hər zaman sevgi filmlərində çəkilsəm də, bu filmdə fərqli obrazda idim. Mart ayında yenidən Bakıya gələcəyəm və o zaman bura gətirəcəyim filmdə məni romantik obrazda görəcəksiniz. Kırımlı filmi ilə bağlı Türkiyədə müxtəlif fikirlər yarandı. Bəziləri filmi bəyndiyini, bəziləri bəynmədiyini, bəziləri isə filmin Hollivudsayağı olduğunu bildiriblər”.

Aktyor həmçinin bu sənətə gəlişinin səbəblərindən də danışıb. İxtisasca mühəndis olduğunu deyən Murat Yıldırım aktyor sənəti ilə özünü daha yaxşı ifadə etdiyini bildirib:

“Seriallarda çəkilmək aktyorlar üçün çox əhəmiyyətlidir. Çünki televiziyada serial izləmək daha maraqlı gəlir. Mən də böyük və çox gözəl filmlərdə oynamaq istəyirəm. Bu yol məni hara qədər aparacaq bilmirəm. Əsas odur ki, sabahımız gözəl gəlsin. Axtarışında olduğum rollar da var. Daha çox filmdə çəkilmək istəyirəm. Zamanı gəldikcə o rolları görəcəksiniz”.

Aktyor yeni imicindən də danışıb. Sağlıqlı yaşama üstünlük verdiyini deyən aktyor bir qədər arıqladığını və halından çox məmnun olduğunu bildirib.

Şəxsi suallara cavab vermək istəmədiyini bildirən aktyor altı il evlilik həyatı yaşadığı aktrisa Burçin Terzioğlu ilə bağlı boşanmasının səbəblərinə də aydınlıq gətirməyib: “Bununla bağlı sualınıza cavab vermək istəmirəm. Çox xahiş edirəm ki, mənə şəxsi sual verməyin. Mən susacağam”.

Artıq filmin festivallara hazırlaşdığını bildirən filmin rejissoru Ayfel Mürüvvet Los- Ancelesdən təklif aldığını bildirib: “Festivallardan gələn təkliflər həddən artıq çoxdur. Hazırda o təklifləri dəyərləndiririk. Yəqin ki, yaxın zamanlarda bu film nüfuzlu festivallarda nümayiş olunacaq”.

Mətbuat konfransından sonra “Krımlı” filmi nümayiş olunub.

Nərmin

Fotolar Elçin Muradındır

Oxumağa davam et
Reklam
Reklam

Gündəm