Murad Arif: “Ayazdan xahiş etdim oxumasın”
Bizi izləyin

Tabloid.az

Murad Arif: “Ayazdan xahiş etdim oxumasın”

Murad Arif və Ayaz Qasımov arasında qalmaqal düşüb.

Bəstəkar-aparıcı Murad Arifin müğənni Ayaz Qasımovla aralarında anlaşılmazlıq yaşanması haqda xəbərlər dolaşır. Tabloid.az-ın məlumatına görə, M.Arif ondan sonra Ayaz Qaslmovun da “Tavla” türk mahnısını ifa etməsinə görə ondan inciyib. Məlumatı dəqiqləşdirmək üçün M.Ariflə əlaqə saxladıq. O, mövzuya aydınlıq gətirdi:

“Ayazdan qətiyyən inciməmişəm. Ümumiyyətlə, bu o qədər ciddi səbəb deyil ki, mən əsəbiləşim. Sadəcə media adi bir məsələni şişirdib qalmaqal səviyyəsinə çatdırmağı çox sevir. Ayazın məndən sonra “Tavla” mahnısını oxumasına münasibətimi soruşdular. Fikrim belədir ki, əgər bir həmkar hansısa mahnını oxuyub gündəmə gətirirsə, o işin tanınmasına maliyyə, əmək və vaxt xərcləyirsə, digər həmkarların da o mahnını oxuması doğru hərəkət deyil. Sadəcə Ayazdan xahiş etdim ki, oxumasın. Ancaq oxudu. Nə deyəsən? Yaxşı elədi, canı sağ olsun. Men bunu etməzdim. Amma arada inciklik və əsəb qətiyyən ola bilməz. Mən öz ifama və İskendər Paydaşın mənim üçün yığdığı aranjemanına güvənirəm”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm