Tabloid.az
Elnarə Abdullayevanın oğlu anasının əleyhinə çıxdı
"A-dan Z-yə" şousu bu həftə də maraqlı hadisələr ilə yadda
qalıb. Tabloid.az-ın məlumatına görə, "Bakı Film"in təqdimatında
yayımlanan verilişin əsas qonağı məşhur xanəndə Elnarə Abdullayeva
olub. Proqramın yaradıcı heyyəti sənətçinin ailə üzvləri ilə
görüşərək müshibələr götürüb. E.Abdullayevanın həyat yoldaşı söhbət
zamanı xanımını döydüyünü bildirib. O, buna səbəb olaraq xanənənin
toylardan birindən gec qayıtmasını göstərib.
Verilişdə sənətçinin şəxsi həyatı barədə bu günə qədər bilmədiyiniz
bir çox məqamlar ortaya çıxıb. Bir müddət öncə aralarında qalmaqal
yaşanan Xatirə İslam və Elnarə Abdullayeva bu verilişdə üz-üzə
gələrək söz-söbətə aydınlıq gətiriblər. Hətta aralarında heçbir
problemin qalmadığını, çox mehrban münasibətdə olduqlarını
bildiriblər. Sənətçilər arasında baş verən narazılığa Elnarə
xanımın efir vasitəsi ilə oğluna heç vaxt müğənni almayacağını
deməsi olmuşdu.
Bundan başqa, "A-dan Z-yə" komandası E.Abdullayeva üçün maraqlı
sürpriz də hazırlayıb. Elnarə xanımın xəbəri olmadan oğlu studiyaya
dəvət edilib. Studiyaya gələn oğul isə söylədikləri ilə anasına
qarşı çıxıb:
"Mən anam ilə razı deyiləm. Müğənnidən müğənniyə fərq var. Hər şey
ola bilər. Ola bilsin ki, gələcəkdə sənətçi xanım ilə ailə həyatı
qurum".
Fotoqraf İlqar Muradov
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!