Günü-gündən arıqlayan Təranə Səmədovanın yeni fotoları
Bizi izləyin

Tabloid.az

Günü-gündən arıqlayan Təranə Səmədovanın yeni fotoları

Tabloid.az Təranə Səmədovanın yeni fotolarını təqdim edir.

Teleaparıcı və prodüser Təranə Səmədova tabloid.az-ın fotokamerasının qarşısına keçib. Günü-gündən arıqlayan məşhur xanımın daha da arıqlaması gözümüzdən yayınmayıb.

Prodüserliyinə bir müddətlik fasilə verən xanım Səmədova artıq bu işlə də məşğul olduğunu vurğulayıb.

“Zarina Məmmədovadan sonra prodüserlik fəaliyyətimi dondurdum. Bu işlə məşğul olmağa heç vaxtım da olmurdu. Elə bir müğənni istəyirdim ki, zəhmətimə dəyər versin. Çox təkliflər gəlirdi və nəhayət ki, onlar arasından Borisi seçdim. Bu təklifi mənə bəstəkar Tərlan Məmmədhüseynov edib. Düşünürəm ki, üçümüz birləşib maraqlı işlər ərsəyə gətirəcəyik”.

Təranə xanım arıqlamasını isə düzgün qidalanmaya, idmana və pəhrizə borclu olduğunu da vurğulayıb.

Tabloid.az Təranə Səmədovanın yeni fotolarını təqdim edir.

Fotoqraf Rəşad Abbasov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm