Azərbaycanlı modelyer “Vampirlər” kolleksiyasını təqdim edib - Foto
Bizi izləyin

Tabloid.az

Azərbaycanlı modelyer “Vampirlər” kolleksiyasını təqdim edib - Foto

Tabloid.az fotoları təqdim edir.

Modelyer Şəlalə Maqsudova yeni “Vampirlər” kolleksiyasını təqdim edib. Kolleksiyada vəhşi obrazlarda olan insanlar canlandırılıb. Modelyer bu kolleksiya ilə bəzi insanlara ayna tutmaq istəyini deyir. Ş.Maqsudova azğınlaşan, qəddarlaşan, var-dövlət, ad-san üçün iyrənc əməllərə əl atan insanların vampirləşdiyini ön plana çəkib:

“Bəzi insanlar bu vampirlərə baxanda qıraqdan çox eybəcər göründüklərini görsünlər. Insanlar zalımlaşıb, qəddarlaşıblar, bir-birilərindən istifadə edirlər, işlərini yoluna qoymaq üçün min cür dona girirlər. Amma işləri düzələndə iyrənc sifətləri ortaya çıxır. Ətrafımızda zalım, qaniçən, rəzil insanlar çoxdur. Bu kolleksiyam vasitəsilə onlara demık istəyirəm ki, bir gün iyrənc əməllərinizə görə cavab verəcəksiniz. Mən də vampir kimi insanlarla çox rastlaşmışam, lakin yaxşı dostlarımın sayəsində yenidən həyata dönüb yaradıcılıqla məşğul olmuşam”.

Qeyd edək ki, bundan əvvəl modelyerin “İlan ili” və “Ağ-qara” dünyam kolleksiyaları maraqla qarşılanıb.
Bir aya ərsəyə gələn kolleksiya üçün fotosessiya da edilib. Layihədə olan obrazların qrimini vizajist Esmira İsmayılova işləyib. Fotoların müəllifi Ruslan Teymurfilatovdur. Kolleksiyada 10 model iştirak edib. Onlar Adil İsmayılov, Anar Maqsudov, Mehdi Babazadə, Sevinc Əliyeva, İlhamə Əliyeva, Pərvin Əliyevadır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm