İlqarə Kazımova niyə anasının adıyla tanınmaq istəmir? - Fotolar və Video
Bizi izləyin

Tabloid.az

İlqarə Kazımova niyə anasının adıyla tanınmaq istəmir? - Fotolar və Video

İlqarə bu mahnı ilə Azərbaycan şou - biznesini dəyişəcək

Gənc müğənni İlqarə Kazımovanın “Yenə, yenə” adlı mahnısına çəkilən klipinin təqdimatını keçirib. Tabloid.az xəbər verir ki, “Yenə yenə” treki “Empire Music Entertainment” prodüser mərkəzinin üzvləri Sərxan Muradov, Orxan Bağırov, Sheyh Ree, Fərhad Köçərli tərəfindən yaradılıb. Mahnıda müasir qərb elektron musiqisi ilə yanaşı, milli musiqi elementləri də var.

İlqarə Kazımova klipdən razı qalıb. Onun fikrincə, “Yenə, yenə” yerli şou biznesdə çəkilən kliplərdən fərqlidir: “Klip Avropa formatında çəkilib. Dekorasiyada çəkilən klipi mən çox bəyəndim. Doğrusu, elə bilirdim çəkiliş zamanı yorulacağam. Amma belə olmadı. Sevdiyim iş olduğu üçün mən çəkilişdən zövq aldım. Çox həyəcanlıydım. Amma baxıb görürəm ki, rejissorla fikirlərimiz üst-üstə düşdü və uğurlu klip alındı”.

Klip nümayişindən sonra jurnalistlərin suallarını cavablandıran İlqarə özünü anası ilə müqayisə edib: “Mən əminliklə deyə bilmərəm ki, anam qədər tannımış sənətçi, onun kimi nömrə bir olacağam. Ancaq müğənni olacağıma əminəm. Çünki bunu həyatı anlayandan bəri istəyirəm. Mikrafonu əlimdən ala bilmirdilər. Gələcəkdə əlimdən gələni edəcəyəm ki, məni “Aygün Kazımovanın qızı” kimi tanımasınlar. Mən anamın adıyla məşhurlaşmaq istəmirəm. Baxmayaraq ki, bu, mənim üçün bir şərəfdir. Onu da deyim ki, anam da bu klipi çox bəyənib”.

O bildirib ki, bundan sonra albom üzərində çalışacaq: “İndi klipə çəkilən mahnımız da alboma daxil olacaq. Bu mahnını xüsusilə bəyənirəm. Çünki çox adam həm mahnı, həm də klip üzərində çalışıb”.

Klipin yaradıcılarından olan Ömər Əbdülkərim İlqarə ilə işbirliyinə başlamasının səbəblərindən danışıb: “İlqarə bu mahnı ilə Azərbaycan şou - biznesini dəyişəcək. Necə ki, vaxtilə Aygün Kazımova da Azərbaycan şou-biznesində dəyişiklik etmişdi”.

Qeyd edək ki, klipin baş prodüseri İlqarənin anası Aygün Kazımovadır. Gənc müğənni İlqarə Kazımovanın debüt ekran işinin rejissoru Anar Hüseynovdur. “Yenə, yenə” mahnısı ilk dəfə Aygün Kazımovanın doğum günündə ifa olunub. Amma teleməkanda və radiodalğalarında mahnının rotasiyası klipin təqdimatından -yəni bugündən etibarən təqdim olunacaq.

Fotoqraf Rəşad Abbasov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm