Ağadadaş Ağayev prodüserini pərt etdi
Bizi izləyin

Tabloid.az

Ağadadaş Ağayev prodüserini pərt etdi

Xalq artisti Ağadadaş Ağayev prodüseri Əzizağadan narazılıq edib.

Xalq artisti Ağadadaş Ağayev uzun illərdir birgə çalışdığı prodüseri Əzizağadan narazılıq edib. Tabloid.az xəbər verir ki, müğənni bu haqda “Günaydın” verilişində açıqlama edib. Xalq artisti prodüserinin işini də özünün gördüyünü bildirib.

“Bu gün efirə gəlmişəm. Özü də canlı yayım deyil. Mən bura ansamblsız gəlmişəm. Tək gəlməyimin bir nömrəli səbəbi prodüserimin zəifliyidir. O, hər şeyi təşkil etməli idi ki, mən gəlib canlı oxuyub. Bütün toyları da ona mən yazdırıram. Prodüser müğənnidən elə faydalanmalıdır ki, başqa yerdə gözü olmasın. Görünür o məndən lazımı qaydada faydalana bilmir ki, gedib özünə dükan açıb başqa yerdə. Arada da bizim işlərə baxır”.

Qeyd edək ki, "Günaydın" verilişi həftə içi 5 gün Space telekanalında saat 14:20-də Vüsalə Kərimovanın təqdimatında efirə gedir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm