Viktoriya Bekhem Devidi hansı xüsusiyyəti ilə dəli edir? - Fotolar
Bizi izləyin

Tabloid.az

Viktoriya Bekhem Devidi hansı xüsusiyyəti ilə dəli edir? - Fotolar

Dünyanın ən yaraşıqlı futbolçularından biri olan Devid Bekhemlə evli olan modelyer Viktoriya Bekhem maraqlı açıqlamalar verib

Dünyanın ən yaraşıqlı futbolçularından biri olan Devid Bekhemlə evli olan modelyer Viktoriya Bekhem maraqlı açıqlamalar verib.

Stili ilə hər kəsi özünə heyran qoyan 4 uşaq anası çox səliqəsiz olduğunu və bu xüsusiyyətinin Devidi dəli etdiyini bildirib:

“Səliqəsiz bir insanam. Devid çox səliqəlidir, əşyaların təmiz olması və simmetrik şəkildə düzülməsi onun üçün əhəmiyyət təşkil edir. Evdə mənim ardımca gəzib hər-şeyi yerbəyer eləməli olur. Mənim səliqəsizliyim Devidi əsəbiləşdirir, hətta onu dəli edir”.

40 yaşlı modelyer həmişə şıq görünmədiyini, son vaxtlar hündürdaban ayaqqabılardan imtina etdiyini bildirib.

O, Nyu-York moda həftəsi üçün son hazırlıqlarını etdiyi Londondakı ofisində olarkən idman ayaqqabıları geyindiyini deyir. “Ofisdə ən çox altı düz ayaqqabı və ya idman ayaqqabıları, cins şalvarlar və yun koftalar geyinirəm. Bilirəm ki, bu insanları təəccübləndirəcək, amma rahat olmağa üstüblük verirəm. Çünki görməli olduğum çoxlu işlər var”.

Qeyd edək ki, hazırda 150 nəfərə rəhbərlik edən modelyerin öz adını daşıyan brendi Eva Lonqoriya, Kameron Diaz kimi udluzların favoritidir.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm