Nadir Qafarzadə ona qarşı çaşanlardan danışdı
Bizi izləyin

Tabloid.az

Nadir Qafarzadə ona qarşı çaşanlardan danışdı

Tabloid.az xəbər verir ki, ifaçı artıq İstanbuldadır

Müğənni Nadir Qafarzadə Türkiyədə yeni layihə həyata keçirəcək. Tabloid.az-a açıqlama verən ifaçı bildirib ki, o, artıq bununla əlaqədar olaraq İstanbula yola düşüb:

“Artıq Türkiyədəyəm. Səfərimin əsas məqsədi yaradıcılıq işlərimlə bağlıdır. Bir çoxları bilirlər ki, bir çox mahnılarımı Türkiyədə lentə aldırıram. Burada olan texnika mənim ürəyimcədir. Yeni bir layihə üzərində çalışıram. Bu layihənin nədən ibarət olduğunu demək istəmirəm. Çünki ideyamı mənimsəyənlər ola bilər. Şou aləminin lazımsız söhbətlərini, qalmaqallarından kənar gəzməyi daha üstün tuturam. Amma buna baxmayaraq, adımı “qalmaqallı müğənni” qoyublar. Mən qalmaqallı müğənni yox, sözün düzünü deyən ifaçılardanam. Mənə qarşı çaşanların qapazını sözümlə vururam. Belə bir deyim var: “Bıçaq yarası keçər, amma söz yarası əsla”. Mən bu fikirlə razıyam”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm