Toyda müğənniyə qadağa qoyuldu - Oxumayacaqsan!
Bizi izləyin

Tabloid.az

Toyda müğənniyə qadağa qoyuldu - Oxumayacaqsan!

Bəzi toylarda “Ay xalam qızı”, “Gəl, ay qonşumun qızı” mahnılarını oxumağa icazə vermirlər

Müğənni Mənzurə Musayeva toyda rastlaşdığı maraqlı faktlardan danışıb. O, toy sahiblərinin bəzi mahnılara qadağa qoyduğunu deyib. Tabloid.az xəbər verir ki, bu haqda müğənni “Günaydın” verilişində danışıb:

“Bəzi toylarda toy sahibləri “Ay xalam qızı”, “Gəl, ay qonşumun qızı” mahnılarını oxumamaqla bağlı bizə xəbərdarlıq edib. Əgər xala oğlu xala qızını rəqsə dəvət edirsə, o zaman oxumağa məcbur olursan”.

Verilişin digər qonağı olan Elçin Hüseynov da məsələyə münasibət bildirib:

“Ümumiyyətlə, belə şeylərlə müğənnini narahat etmək olmaz. Müğənninin işi gözəl toy idarə etməkdir. Guya o mahnını sifariş edən kim olur ki? Elə ev yiyəsinin yaxın qohumları sifariş verir. Müğənni hər sifariş üçün toy yiyəsinə yaxınlaşıb oxumaq üçün icazə almalı deyil ki".

Qeyd edək ki, "Günaydın" verilişi həftə içi 5 gün "Space" telekanalında saat 14:20-də Vüsalə Kərimovanın təqdimatında efirə gedir.

Tabloid.az verilişdən fotoları təqdim edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm