Nura Elnur vasitəsilə həmkarlarına söz atdı
Bizi izləyin

Tabloid.az

Nura Elnur vasitəsilə həmkarlarına söz atdı

Elnur Hüseynov dünən gecə baş tutan “O səs Türkiyə” yarışmasının qalibi olub.

Tabloid.az xəbər verir ki, müğənni Nura Suri dünən Elnur Hüseynovun "O səs Türkiyə"dəki möhtəşəm qalibiyyəti münasibətilə öz fikirlərini bölüşüb:

“Burada ən məşhur müğənnilər gedib Türkiyədə heç nə edə bilmir. Çünki ancaq burada məşhurdurlar və güclü səsləri yoxdur. Eyni mahnını gündə 10 dəfə səsləndirib hamının qulağına yeridirlər. Adlarını dedizdirə-dedizdirə populyarlaşırlar. Reklam güclüdür. Milyonlar xərclədilər ki, Türkiyədə məşhur olsunlar, alınmadı. Niyə? Çünki Türkiyədə Ebru kimi güclü səsi olan müğənnilər var. Elnurun isə istedadını, səsini bəyənənlər az idi. Zövq korlanıb axı...Elnur, Samir Cavadzadə kimi güclü səslər, istedadlar qulaqlarına yad gəlir.

Elnur pulsuz, parasız getdi müsabiqəyə və ağzını açıb oxuyan kimi, zövqü formalaşmış türkiyə xalqı səsinə valeh oldu. Onu qalib etdilər! Hər dəfə çıxışında təriflədilər, qiymət verdilər və milyon da qazandıracaqlar. Albom da çıxaracaqlar, konsertlər də edəcəklər və daha nələr-nələr... Nə day-dayı var idi, nə də sponsoru. Öz səsinin gücünə qazandı”.

Qeyd edək ki, Elnur Hüseynov bu gecə baş tutan “O səs Türkiyə” yarışmasının qalibi olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm